Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu, herbi dövlet çevrilişi deyildi,esger bu işe qarışmadı…”

17 Temmuz 2016

1:48 pm


17/07/2016 [17:46]: xeber –
İyulun 15-i
Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra ölkəmizdə də hadisə
ətrafında müxtəlif  fikirlər dolaşdı. Müxtəlif
politoloqlar, siyasi partiya sədrləri, ziyalılar baş verən hadisəni müxtəlif
prizmadan analiz etdilər. Hətta siyasətdən anlayışı olmayan şəxslər belə mövzu
ətrafında öz düşüncələrini, fikirlərini bölüşdülər. Sosial şəbəkələrdə, eləcə
də cəmiyyətdə insanlar iki fikir ayrılığına bölündülər. Kimlərsə Türkiyə
ordusunun, kimlərsə də Ərdoğanı müdafiəsinə qalxdılar. Hətta dövlət çevrilişinə
cəhdin Ərdoğanın siyasi oyunu olduğunu iddia edənlər belə tapıldı.

Bu fikir
ayrılıqlarına, danışılanlara aydınlıq gətirmək üçün Türkiyə politoloqlarının da
fikrini öyrənmək, onların bu məsələdə necə düşündüyünü bilmək istədik.

Ankarada
fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri
Hasan Oktay sayta açıqlamasında “Türkiyədə nələr baş verdi?”sualımızı
cavablandırıb.  

Hasan Oktay ilk öncə baş verən dövlət çevrilişinə cəhddən danışıb: 

“Cümə günü
axşam 21.30 radələrində Türkiyə başdöndürücü bir hərəkətlilik yaşadı. Ordunun daxilində
illərdir mühafizəkar cəmiyyətin dəstəyini alaraq məskən salan və Fetullah Hocacılar
adlandırılan qrup hökumətə qarşı üsyan etdi. Hökumət bu əsgərlərin ordu
içərisində yerləşməsində, rütbələr alaraq yüksəlməsində böyük səy etmişdi. Hətta
bu camaatın göstərişi ilə ötən illərdə ergonokon və balyoz davaları adı altında
orduda böyük əməliyyatlar aparılmışdı. Bu əməliyyatlar nəticəsində Fetullah Hocanın
müridləri orduda hakim mövqeyə keçmişdilər.

17-25 dekabr
əməliyyatlarında Fetullah Hoca briqadası baş nazir Ərdoğanı hakimiyyətdən endirmək
üçün dövlət çevrilişinə cəhd göstərmişdilər, ancaq uğurlu olmamışdı. Bu
prosesdən sonra Ərdoğan etdiyi səhvi anladı, amma iş işdən keçmişdi. Ərdoğanın istisna
olmaqla hökumət camaatla kifayət qədər mübarizə aparmadı və hadisələr bu günə
gəldi”.

 

Hasan Oktay səsləndirilən “bu
çevriliş bir oyun idi və bunu Ərdoğan özü planlamışdı” fikrinə də münasibət
bildirib:

“AKP hökumətini
təşkil edən mühafizəkar iqtidar illərdir ki, ordunu dinsizliklə ittiham edir, Atatürkçü,
dünyəvi olmaqda günahlandırırdı. Ordunun başına gələn balyoz və ergenekon
hadisələrini sanki sevinclə qarşılamışdılar. Ordunun əsas quruluşunu pozub,
ordunun daxilinə bu fetullahçı quruluşu yerləşdirdilər. İndi də Ərdoğan
Fətullah davasında fətullahçı əsgərlər
dövrəyə girdi və üsyan etdilər.

Buna hərbi
dövlət çevrilişi deyilir, amma elə deyil. Əsgər bu işə qarışmadı. Əgər hərb komandanlıq
zənciri içərisində hərəkət etsəydi, bu zərbə olardı və uğurlu olardı. Üsyana
cəhd edən bir qrup zabitin hərəkəti nəticəsiz olduqda küçəyə tökülən xalq
arzuolunmaz hadisələrə səbəb oldu. Əsgərin başının kəsilməsi qəbul edilən
hadisə deyil. Bu hərəkatı “Ərdoğan özünü prezident etmək üçün təşkil edib”
ifadəsi bu günlərdə çox istifadə edilir. Sondan başlayaraq əldə edilən bu
nəticə, hökm düzgün deyil. Əgər bu üsyan uğurlu olsaydı, indi Ərdoğan və
nazirlər, baş nazir həbsdə idi. Bu bir üsyandır və demokratiyaya sıxılmış bir
güllədir. Silah demokratiyanın üstündə deyil, əmrində olsa təhlükəlidir”.

 

Rumiyyə 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler