Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu günkü Türkiye Atatürk Türkiyesinden çox ferqli durumda yaşayır”

18 Ekim 2016

4:20 pm


18/10/2016 [20:19]: xeber –
Bizim KİV – də yayılan məlumata görə Türkiyənin baş naziri Binəli Yıldırım qısa müddət ərzində Parlamentə prezident üsul – idarə sisteminə keçidlə bağlı təklif göndəriləcək.Bəzi siyasətçilərimiz hesab edirlər ki, bu keçidin nəticəsində Türkiyə demokratikləşmədən uzaqlaşacaq, avtoritarizm meyllərini isə güclənəcək. Məncə, məsələyə başqa bucaq altda baxmağın da faydası var.Türkiyə əgər Böyük Britaniya, İslandiya, Yaponiya, Avstraliya, Sinqapur kimi ada və ya  İtaliya, Cənubi Koreya kimi yarımada və ya ABŞ, İrlandiya, Danimarka, Finlandiya kimi az qonşulu dövlət olsaydı, onda parlament idarəetmə üsulundan prezident idarəetmə üsuluna keçməyə ehtiyac olmazdı. Bu məsələdə inkişaf etmiş Qərbi Avropa dövlətlərini nümunə gətirmək və ya model kimi istifadə etmək yersizdir. Çünki Türkiyədə qeosiyasi durum fərqlidir. Avropa dövlətləri parlament ilə ona görə rahat idarə olunur ki, bu dövlətlərin bölüşdürdüyü ortam qərb-xiristian mədəniyyəti var. Onların sərhədlərində Samuel Hantingtonun “Mədəniyyətlərin toquşması və dünya nizamının dəyişməsi” əsərində göstərdiyi mədəniyyət fərqindən doğan gərginlik demək olar ki, yoxdur. Ancaq bu gərginlik Türkiyə sərhədlərində çox yüksəkdir. Bu günkü Türkiyə Atatürk Türkiyəsindən çox fərqli bir durumda yaşayır. Bu gün Türkiyə əsasən dost olmayan (düşmən də demək olar) dövlətlərlə əhatə olunub. Bu səbəbdən də Türkiyənin yaşadığı mürəkkəb geosiyasi məkan və daxildəki ziddiyyətlər tələb edir ki, o qüdrətli dövlətə çevrilmək naminə dövlət quruculuğunda modernləşməyə getsin.Son 15 ildə Türkiyənin makroiqtisadi göstəricilərinə diqqət yetirsək, aydın görmək olar ki 2001-ci ildən 2008 –ci ilə kimi ölkə dinamik inkişaf etmiş, adambaşına düşən milli gəliri 3020 US$ səviyəsindən, 10 500 US$ qalxmışdı. Ancaq son 9 ildə inkişafda durğunluq yaşanır. Məncə bu durğunluğun əsas səbəbi idarəetmənin bugünkü  geosiyasi duruma uygun olmamasıdır. Ona görə idarəetmədə modernləşmə günün tələbidir.Sual olunur, belə dövləti güclü parlament, yoxsa güclü prezident institutu ilə idarə etmək daha məqsədəuyğundur?    Bu suala cavab axtararkən qeosiyasi məkana diqqət yetirmək lazımdır.  Prezidentli ölkədə prezdentin qəbul edəcəyi qərarlara qonşu dövlətlərin təsiri zəif olur. Parlamentli dövlətlərdə parlamentin qəbul edəcəyi qərarlara müdaxilə etmənin ehtimalı böyükdür. Belə dövlətlərdə milli və dövləti mənafe güclü prezident üsul – idarəsi daha çox qorunur, nəinki güclü parlamentli üsul idarəsi ilə. Üstəlik, parlamentli dövlətlərdə milli və dövləti mənafe partiya mənafelərinə görə də parcalanır. Bu baxımdan Türkiyənin baş naziri Binəli Yıldırımın təklifi həm tarixi ənənə, həm də bugünkü qeosiyasi vəziyyət baxımından zəruridir. Güclü prezidentli ölkələr olan ABŞ – da, Fransada və digər belə ölkələrdə demokratiya necə inkişaf edirsə, Türkiyə də şübhəsiz, elə inkişaf edəcək. Amerkalı alim Gary Hamelə görə son yüz ildə insan həyatını yaxşılaşdıran ən vacib beş kəşflərdən biri də idarəetmədir. Dövlətlərin qüdrətli olmasında idarəetmənin hikməti böyükdür. Dövlət qüdrətli olanda hər vətəndaş ondan qürur duyur. Finlandiyanın mərhum prezidenti Urxo Kekkonenin sözü ilə məqaləyə nöqtə qoymaq istəyirəm: “Dostlar yaxında olmalıdır”.                                         Prof. Şahlar Əsgərov, əməkdar elm xadimi


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler