Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu günki hakimiyyetin her gün söydüyü, büdcesinde bir qepiyi olmayan Elçibey hakimiyyeti…”

30 Ağustos 2016

10:52 am


30/08/2016 [14:49]: xeber –
Son dövrlər hər gün işə gələndə özümə söz verirəm ki, sırf vəkilliklə bağlı, qonorarı olmayan işlər üzrə heç kimi qəbul etməyəcəm. Ancaq heç cür alındıra bilmirəm. Son dövrlər hər gün Qarabağ şəhid ailələri, yaxud əlilləri müraciət edir. Onları dinlədikcə insan özünə yer tapa bilmir. Doğrudanmı Vətən uğrunda canından keçənlər, sağlamlığını itirənlər Azərbaycan adlı məmləkətdə bu qədər dəyərsizdilər. Hər ağzını açan məmur vətənpərvərlikdən, Qarabağı tezliklə alacağımızdan dəm vurur. Ancaq necə, kimlərlə, hansı vətənpərvərlik hissləri ilə?! Doğrudan da Azərbaycan xalqı böyük xalqdır! Əgər elə olmasa hakimiyyətin on illər boyu Qarabağ şəhidlərinə, əlillərinə olan bu biganəlikdən sonra Qarabağdakı aprel döyüşlərində o cür vətənpərvərlik olmazdı! Son yüz ildə nə qədər bu xalqın genofondunu qırsalar da hələ də biz özümüzdə ADR qurucularının genlərini qoruya bilmişik!Bu gün səhər işə gələndə bir xanımın məni gözlədiyini gördüm. Nə ilə bağlı gəldiyini soruşduqda mənzil ala bilmədiyini bildirdi. Dərhal “mənzil problemi ilə Bakı İcra Hakimiyyəti məşğul olur” dedim. Asta səslə “Bağışlayın, mən Ağdərədə həlak olmuş Qarabağ şəhidinin həyat yoldaşıyam, dedilər ki, Siz kömək edə bilərsiniz” deyib getmək istədi. Belə olan halda adi vətəndaşların (səhv etmədim, mənim üçün Qarabağ şəhid ailəsi və əlili sıradan bir vətəndaş deyl) əksəriyyəti “məni dinləmək borcunuzdur” deyib narazılıq bildirir. Təxminən əlli yaşı olan Gülminaz xanımın göz yaşlarını sezə-sezə dinlədim. 24 yaşı olan günü həyat yoldaşı Hacıyev Eldar Qədim oğlu Ağdərə döyüşlərində həlak olur. 1 yaşlı uşağı ilə tək qalır və ömrünü ona həsr edir. Bu günkü hakimiyyətin hər gün söydüyü, büdcəsində bir qəpiyi olmayan Elçibəy hakimiyyəti bir otaqlı ev ayırır və uşağın 8 yaşı olanda iki otaqlı verəcəklərini bildirir. O vaxtdan bu vaxta bu xanım həmin ikiotaqlı mənzili ala bilmir… Oğlunun artıq 26 yaşı var, evləndirə bilmir, çünki, yaşayacaq yeri yoxdur. Ana, oğul bir otaqlı mənzildə yaşayış sahəsini genişləndirəcəkləri ümidi ilə 20 ildir yaşayırlar. Bu illər ərzində milyardları göyə sovuran hakimiyyət şəhid ailəsi ilə heç maraqlanmayıb. Sonda Gülyaz xanımın “varım yoxum bir oğlumdur, onun da xaricə getməsini istəmirəm” ifadəsi isə bu yazını qələmə almağıma səbəb oldu. Əsl Vətən oğulları bu Vətəni tərk edir, buranı özünə müvəqqəti qazanc yeri sayanlar isə Vətəni talayırlar! Bu gün mühacirətdə Milli Qəhrəman Şahin Tağıyev, onlarca Qarabağ əlilləri, döyüşçüləri yaşayırlar. Bu gün Orduya töhvə verəcək bəzi zabitlərimiz xaricdə sürücülüklə ailələrini dolandırırlar. Bu torpağı qoruyacaq, onun qədrini biləcək məhz həmin şəxslər və onların qanını daşıyanlar olacaq. Bu günkü hakimiyyətdə təmsil olunanlar, bu hakimiyyətin hesabına oliqarx olanların bu günə qədər şəhid ailələrinə, yaxud əlillərinə hansısa xeyirxahlıq etmələrini eşitməmişəm. Əvəzində onları, üzr istəyirəm hamınızdan, Anastasiya Voloçkova kimi fahişənin bir uğursuz gecəsinə 65 min dollar ayırması isə Azərbaycan gündəmində əsas xəbərdir.P.S. Bir gün mətbuatın əsas gündəminin şəhid ailələri, Qarabağ əlilləri olmasını nə vaxtsa görən olacaqmı?!Aslan İsmayılov, tanınmış hüquqşünas


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler