Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu gün Türkiye özüne, Atatürke qayıdır” – Qan Turalıdan Baycana cavab

31 Temmuz 2016

11:44 am


31/07/2016 [15:42]: xeber –
Dünən Kultura.az saytında yazıçı Seymur Baycanın “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına təşəkkür məktubu” adlı yazısı dərc olunub.Müəllif yazıda qeyd edib ki, son günlər Türkiyədə baş verən hadisələrin əsas günahkarı, səbəbkarı kimi Ərdoğanı görən sekulyarlar böyük bir səhvə yol verirlər: “Bu sizə qarşı böyük bir ədalətsizlikdi. Açığı Türkiyədə son vaxtlar baş verən hadisələr məni bir qram da təəccübləndirmir. Çünki Əziz Nesinin əsərləri həqiqi Türkiyəni tanımaqda mənə böyük köməklik etmiş oldu. Mən əsl Türkiyəni Əziz Nesinin əsərlərindən tanıdım və fürsətdən istifadə edib o böyük insana bir daha təşəkkürümü bildirirəm. Sənətkarların peyğəmbərliyi, gələcəkdə baş verəcək hadisələri əvvəlcədən görmələri haqqında çox danışılıb, çox yazılıb. Əgər söhbət konkret Əziz Nesindən gedirsə, bu gün Türkiyədə baş verənləri əvvəlcədən görməsinin səbəbini onun peyğəmbərliyində deyil, müşahidələrinin dəqiqliyində axtarmalıyıq”.S. Baycanın fikrincə Türkiyədə yaşayanlar gec-tez, axır-əvvəl onsuz da öz mahiyyətlərinə qayıdacaqdılar: “Sadəcə siz bu qayıdış prosesini ustalıqla və sürətlə həyata keçirməyi bacardınız. Bu qayıdış prosesinin lideri olmaq sizə müəssər oldu. Sizin başçılığınız altında türklər Mustafa Kamal Atatürkün türklərin çiyninə qoyduğu ağır yükdən azad oldular və yəqin ki, öz təbii mahiyyətlərinə qayıtmaqla indi özlərini daha rahat hiss etməkdədirlər. Doğurdan da orta əsrlər təfəkkürünə sahib olub, əslində şəriət qanunlarını arzulayıb dünyəvi bir ölkənin vətəndaşı olmağı imitasiya etmək çox çətindir. Siz həm də öz fəaliyyetinizlə amansız bir həqiqəti bir daha sübut etmiş oldunuz. Türkiyədə baş verənlər bir daha göstərdi ki, bir nəfərin sərt islahatlar aparıb xalqı tərəqqiyə, doğru yola itələməsi, bir ziyalının yazıb-pozub xalqa doğru yol, inkişafın harda olmasını göstərməsi hələ heç də hər şey demək deyil. Bəli, tarix hoppanmır. Bu amansız həqiqətdir. Hər bir xalq öz siyasi iradəsini ortaya qoyub dünyəvi ölkədə yaşamağa layiq olduğunu sübut etməlidir. Xalqın nümayəndələri göstərməlidir ki, onlar həqiqətən də vətəndaş olmaq istəyirlər, hardan bilək bəlkə də vətəndaş olmaq onların ürəyincə deyil, rəiyyət olmaq onlar üçün daha rahatdır”.Kulis.az saytının baş redaktoru, yazıçı Qan Turalı (Tural Cəfərov) həmkarına cavab olaraq Feysbuk hesabında bildirib ki, Seymur Baycanın Türkiyə haqqında məqaləsi tam bir fəlakətdir: “Türkiyədə əlbəttə ki, problemlər var, savadsızlıq var, cəhalət var. Bunları heç kim inkar etmir. Amma bütövlükdə son on ildə iki dəfə Kann festivalının ən ali mükafatını (Nuri Bilge Ceylan), Ədəbiyyat üzrə Nobeli (Orxan Pamuk) qazanan bir ölkə üçün Seymurun qoyduğu cəhalət diaqnozu tamamilə əsassızdır. Türkiyədə sol partiyalar 40 faizə qədər səs alırsa, CHP milyonluq mitinqlər keçirdirsə bütöv bir cəmiyyəti şəriətçiliklə ittiham etmək nə qədər əsassızdır. Türk köşə yazarlarını bayağılıqda ittiham etmək nə qədər ciddi bir yanaşmadır? Ərtoğrul Özkök, Yılmaz Özdil, Birand, Can Dündar, Serdar Turgut kimi jurnalistləri olan bir ölkədən danışırıq. XX əsrdə Nazım Hikmət, Orxan Vəli, Attila İlhan, Can Yücel, Cemal Süreya, Səbahəddin Əli, Əziz Nesin, Oğuz Atay, Yaşar Kamal, Ahmet Hamdi Tanpınar, Orxan Pamuk kimi böyük ədiblər yetişdirmiş bir xalqa qarşı bu cür irqçi münasibət hardan doğur? Mənim dostum ifrata varmır, vəziyyəti tündləşdirmir, sadəcə olaraq spekulyasiyalara sığınaraq qaralama kampaniyası ilə məşğuldur”.Qan Turalının sözlərinə görə, son 14 ildə Türkiyə hakimiyyəti laisizmdən uzaqlaşır və Atatürkün “Altı ox” prinsipinə soyuq yanaşır: “Lakin Türkiyədə və regionda baş verən proseslər Atatürkün strateji xəttinin doğru olduğunu göstərdi və bu gün Türkiyə özünə, Atatürkə qayıdır. Biz Türkiyə heyranı da deyilik, lakin biz gerçəkliyin heyranıyıq və gerçəklik hər şeyin, hətta bizim zavallı eqolarımızın (Dostoyevskinin sözüdür) fövqündə dayanır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler