Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu gün saat 22:15-e hazır olun

12 Ağustos 2016

4:28 pm


12/08/2016 [20:27]: xeber –
Bu ay Yer sakinlərini parlaq “ulduz yağışı” təəccübləndirəcək. Perseida adlı ən güclü meteor axını artıq gecə səmasını işıqlandırmağa başlayıb. Perseida meteor axını hər il avqust ayında baş verir. Ulduz düşməsi adətən 17 iyul – 24 avqust tarixlərində fəal olur. Beynəlxalq meteoroloji təşkilatın verdiyi məlumata görə, 12 avqust tarixində saat 22.15-dən 00.45-dək ulduz düşməsi fəallığının maksimal həddinə çatacaq. Nəticədə, meteorların sayı ötən illərə nisbətən 150-200-dək artacaq. Qeyd edək ki, ulduz yağışı yer atmosferində xırda hissəciklərin yanması nəticəsində yaranır. Əksər meteor axınları kimi Perseida da kometa “quyruğunun” qalıqlarından yaranır. Kometa özü Yer kürəsinə yalnız 135 ildə bir dəfə yaxınlaşsa da bizim planetimiz onun “quyruğunun” arasından hər il keçir.Publika.az  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler