Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu gün onun doğum günü idi – FOTOLAR

31 Temmuz 2016

3:52 pm


31/07/2016 [19:48]: xeber –
Bu gün Azərbaycan
teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət
Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir
Mütəllib oğlu Novruzovun doğum günüdür.

Cahangir
Novruzov  31 iyul, 1954-cü ildə Bakı şəhərində
ziyalı ailəsində dünyaya gəlib. Atası Novruzov Mütəllib Nəsrulla oğlu uzun illər
Asəf Zeynallı adına Bakı musiqi məktəbinin müəllimi olub. Anası ölməz sənət
korifeyimiz, xalq artisti Nəsibə Cahangir qızı Zeynalovadır.  

Cahangir
Novruzov 1971-ci 1976-cı illərdə Mirzəağa Əliyev adına incəsənət institutunun
rejissorluq fakultəsində,  Mehdi Məmmədovun
 sinfində ali təhsil alıb. 1979-cu ildə
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin
edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar alıb. 1981-ci
ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə
İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva
Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi
altında staj keçməyə başlayıb. İki
il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib.
1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə
SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul
olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər
çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin
olunub.

1987-ci ildə Azərbaycan
Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik
yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı “Müsyö Jordan və Dərviş
Məstəli Şah” əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə
keçirilən “Bovinyi” teatr festivalında fəxri jüri heyətinin üzvü kimi
iştirak edib. 1989-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən Musiqili Komediya
teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı təmir
və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə
baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri
İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin “Hamlet”
əsərinin motivləri əsasında hazırlanmış “Olum ya Ölüm” tamaşası ilə
birincilik mükafatı qazanıb.

1995-ci ildə Türkiyə
Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət alıb. Hazırda Türkiyənin
Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsinin
professorudur.

2011-ci ildə Azərbaycan
Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət və incəsənət sahəsindəki Fәaliyyәtlәrinә
görə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.  sayt kollektivi olaraq Cahangir Novruzovu doğum günü münasibətilə ürəkdən təbrik edirik. Ona can sağlığı, uzun ömür, işlərində yeni-yeni uğurlar arzulayırıq. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler