Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu gün Naxçıvanda baş vermiş zelzelenin – SİRLƏRİ

22 Haziran 2016

7:04 pm


22/06/2016 [23:01]: xeber –
“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar”. “Quran”, 30:41Xəbər verildiyi kimi bu gün Naxçıvanda baş verən zəlzələ sakinlər arasında həyəcana səbəb olmuşdur.Əvvəlki yazılarımda da qeyd etdiyim kimi bu cür həyəcanlı hadisələr təsadüfü baş verməyib, bir qanunauyğunluğa tabedir. Bu  cür hadisələr həmişə astronomik xəbərdarlıqlarla (Günəş və Ay tutulmaları ilə) riyazi şəkildə əlaqələnir. Bu əlaqə özünü 114 və 286 ədədləri ilə biruzə verir ki, birinci “Quran”ın surələrinin, ikinci isə, müqəddəs kitabın səhifələrinin sayıdır ki, hər ikisi Allahın kodlaşdırılmış möhürü olaraq bir qayda olaraq zəəlzələ və təyyarə qəzalarının üzərinə “vurulmuş” olur. Bugünkü zəlzələnin “üzərində” bu kodları göstərməzdən öncə 286 ədədindəki hikmətə təkrar nəzər salmanızı istəyirəm. Qeyd edim ki, XVIII əsrə qədər çap olunan, Kəbədə, eləcə də dünyanın bütün muzey və kitabxanalarında qorunan bütün  quranlar 286 səhifəyə yerləşdirilib. Bunun təsadüf olmadığı aşağıdakı faktlardan görünür:1) Quranda təsbit olunmuş İslamın iki böyük bayramı – Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür.2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətində normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.3) İnsanlar ən çox Günəş və Ay (qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla), bir qayda olaraq 286 gündür.4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfü deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Bütün bunları bildikdən sonra qayıdaq Naxçıvandakı bugünkü zəlzələ həyəcanına və onun 114 və 286 ədədləri ilə digər qiyamət əlamətlərinə (Günəş və Ay tutulmalarına) bağlanmasına.Əvvəlcə onu  qeyd edim ki, bu gün 12 sentyabr 2015-ci ildə baş verən Günəş  tutulmasının (tutulmalar “Quran”da qiyamətin, bəlanın xəbərdarlığı kimi qeyd olunur) 286-cı (!) günüdür.Bu gün həmçinin, keçən il mayın 19-da  Bakıda 16 mərtəbəli binada baş verən və ölkəni həyəcana salan bina yanmasının 400-cü günüdür ki, bundan da “Quran”ın surələrinin sayını (114) çıxanda yenə də səhifələrin sayı (286) qalır və diqqətimizi təkrar olaraq bəşəri dəyərlərin cəmləndiyi “Quran”a yönəldir:400 – 114 = 286Naxçıvanda baş verən və qiyamət əlaməti olan bugünkü zəlzələ Ay tutlması ilə də bağlanır. Belə ki, bu gün 15 aprel 2014-cü il tarixli Ay tutulmasının 800-cü günüdür ki, bundan da “Quran”ın kodlarını çıxanda, yenə də müqəddəs kitabın kodları görünür:800 – (114 + 286) = (114 + 286)Bu gün həmçinin, 23 mart tarixdə baş verən Ay  tutulmasının 90-cı günüdür ki, bu da  zəlzələ baş verən bölgənin seriyasıdır.Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən zəlzələ və digər təbii fəlakətlər əslində yolun azmış, bu səbəbdən də zülmə məruz qalmış (yəni, öz əməlləri ilə zülmü haqq etmiş) millətimizə və onun zülm etməyi sevən rəhbərlərinə Allahdan kodlaşdırılmış xəbərdarlıqlardır. Millətimiz (vəzifəsindən aslı olmayaraq)  bu xəbərdarlıqlara məhəl qoymazsa, daha böyük fəlakətlərlə üz-üzə qala bilərlər. Bütün bunlardan ancaq gözəl əxlaq və saleh əməllərlə sığortalanmaq mümkündür. Əslində hər ziyanın içərisində bir xeyir də vardır. Yəni, fəlakətlər ölkəmizin təmizlənməsi ilə bitəcəkdir ki, bu da əməlisaleh insanların xeyrinədir – onların nicat tapması bu cür hadisələrə bağlıdır əslində!“Sənin Rəbbin mərkəzlərinə (böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!” “Quran”, 28:59“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağırışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16Allahın qulu və carçısı: Paşa YaqubYazarın arxivi:http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler