Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu gün milletin elinden her şeyini, o cümleden Allahın denizini de alanalar…”

01 Ağustos 2016

9:44 am


01/08/2016 [13:42]: xeber –
Gənclik dostumun Azərbaycana ilk gəlişi ilə bağlı yazdığım xoş təəssüratlardan sonra bir çoxları mənə iradlarını bildirdilər. Bu gün ətrafda baş verənlərə, bir tikə çörəyə möhtac olanların gözü ilə baxanda, iradların heç də haqsız olmadığı qənaətindəyəm. Hərçənd ki, mən özüm də ətrafda baş verənləri onlar kimi dəyərləndirə bilmərəm. Şükür Allaha, yaşayışım məni qane edəndir. Kirayə evdə qalmıram, çörəyin qiymətinin 10 qəpik qalxmasının (nədənsə heç kim çörəyin qiymətinin 25% qalxmasını yazmır) da mənə ciddi təsiri yoxdur. İmkan tapıb istirahətə də gedə bilirəm.İndi təsəvvür edin kirayədə yaşayıb, səhər tezdən başı alovlu evdən balalarına bir tikə çörək tapmaq üçün iş axtaran və evə əliboş qayıdan, onkoloji xəstəsinə ağrıkəsici ala bilməyən, zülm çəkib ali təhsil ocağına qəbul olmuş balasının təhsil haqqını ödəyə bilməyən, əlillik arayışı üçün rüşvət verməyə pul tapa bilməyən Qarabağ qazisi, evində 10 manatı olmayıb həyat yoldaşını doğum evinə aparan, küçəyə balası ilə gəzməyə çıxan, balasının hansısa şirniyyat istəyini təmin edə bilməyən ata ya ana ətrafındakı gözəl tikililəri, parkları, ətrafı çiçəkli yolları görə bilərmi?! Bu gün millətin əlindən hər şeyini, o cümlədən Allahın dənizini də almış, var dövlət içində boğulan, başları obyektlərindən gələn milyonlara qarışmış, adları ofşorlardan gələn məmurların bunu təsəvvür etməsi isə mümkünsüzdür. Çünki, onlar sadaladığım adamların nəinki problemlərini, heç özlərini də görmürlər. Elə özləri üçün tikdikləri yollarla xidməti maşınlarda şütüyüb, hasarlarının hündürlüyü 5 metrdən yüksək olan villalarında kef çəkirlər. Heç nədən də narahat deyillər.Ərəb baharından sonra, rüşvətin yığışdırılması, manatın devalvasiyasından sonra inhisarçılığın aradan qaldırılması, sahibkarlığa şərait yaradılması ilə bağlı keçirilən müşavirələrdə deyilmiş sözlər də yaddan çıxdı.Bəzən mənə elə gəlir ki, bunlar bu dünyada əbədi heç nə yoxdur deyimini ciddiyə almırlar. Hesab edirlər ki, bunlar əbədi və dünya da bunlarındır.Ancaq yenə əlimi üzməyib dahi Məhəmməd Hüseyn Şəhriyarın Heydərbabaya salam şerindən bir parçanı yada salmaq istəyirəm:Heydər Baba, dünya yalan dünyadı,Süleymandan, Nuhdan qalan dünyadı,Oğul doğan, dərdə salan dünyadı,Hər kimsəyə hər nə verib, alıbdı,Əflatundan bir quru ad qalıbdı.Aslan İsmayılov, tanınmış hüquqşünas


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler