Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu gün emr verilerse, Naxçıvandakı ordu birliyi İrevana qeder gedib çıxar”

07 Temmuz 2016

12:08 pm


07/07/2016 [16:06]: xeber –
sayt xəbər verir ki, NAXCİVANXEBERLERİ.COM xəbər saytının əməkdaşları iyulun 3-də Turkiyə Cümurhiyyətinin İqdır vilayətindəki mətbuat orqanlarının, həmçinin xəbər saytlarının nümayəndələri ilə bir sıra görüşlər keçiriblər.Həmin görüşlərdən biri Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisinin yeganə azərbaycanlı deputatı Nurəddin Arasla olub. Görüş zamanı millət vəkili ilə Naxçıvan Muxtar Respublikasının bu gün ki sosial iqtisadi inkişafı, qədim diyarın hərbi potinsialı və İqdır vilayəti ilə Naxçıvan Muxtar Respublikasının bir çox sahələrdəki əlaqələrindən bəhs olunub.Millət vəkili söhbət zamanı Naxçıvanla bağlı həqiqəti əks etdirən bir sıra maraqlı fikirlər səsləndirib:“Bu gün əmr verilərsə, Naxçıvandakı ordu birliyi İrəvana qədər gedib çıxar”.Ermənilərin Azərbaycana və eləcə də bütün türklərə qarşı törətdiyi soyqrımlardan geniş bəhs edən N.Aras qeyd etdi ki, biz böyük bir mədəniyyətin daşıyıcıları olan türk millətinin nümayəndələriyik:”Bizim babalarımız tarixdə heç bir zaman başımızı aşağı edəcək əməl sahibi olmayıblar. Ermənilərin dünyaya car çəkdikləri saxta “erməni soyqrımı” heç bir həqiqətə sığmır. Dəfələrlə Türkiyə dövlətinin rəsmiləri bildiriblər ki, gəlin arxivlərimizi açaq, baxaq, görək, kimdir soyqrımı törədən, kimdir soyqrıma məruz qalan. Amma, çox təssüf ki, bu gün bəzi ölkələr ikili standartlardan çıxış edərək “erməni soyqrımı”nı tanıyır. Erməni diasporu xəyali “böyük ermənistan” dövlətinin qurulması üçün bütün iyrənc vasitələrdən istifadə edir. Bu arxivlərdəki tarixi materiallar tədqiq olunarsa, ermənilərin etdikləri rəzilliklər üzə çıxacaqdır. İnsanları təndirlərə dolduraraq diri-diri yandırmaqları, quyuya doldurub üstlərini torpaqlamaları ortaya çıxacaqdır”. XX əsrin 18-20-ci illərində azərbaycanlılara qarşı, eləcə də şərqi Andoludakı türklərə qarşı kütləvi surətdə soyqrımlar, kütləvi deportsiyalar həyata keçirilib. Bunu arxiv materialları da, aşkarlanmış toplu məzarlıqlar da sübut edir. Həmin dövrdə ermənilər Zəngəzuru işğal etməklə Naxçıvanı Azərbaycandan ayırdılar. Beləliklə, Naxçıvan blokada vəziyyətinə düşdü. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsində dəfələrlə çoxdur. Azərbaycan öz torpaqlarını işğaldan azad etmmək iqtidarındadır. Lakin Azərbaycan müharibə olmasını istəmir; münaqişənin sülh yolu ilə həll olunmasını istəyir. Amma nəticə olmazsa, müharibə qaçılmaz olacaq. O zaman da biz Türkiyə olaraq siz Azərbaycan xalqının yenə də yanındayıq. Bilirsiniz ki, ermənilər dəfələrlə İqdırdan Ermənistanla sərhədlərin açılmasını istəyiblər. Amma biz – burda yaşayan türklər, xüsusən də Türkiyə-Azərbaycan Dostluq Federasiyasının üzvləri Sərdar Ünsal bəy də başda olmaqla, sinəmizi sipər edərək bunun qarşısını aldıq. Bundan sonra da sərhədlərin açılmasına icazə vermərik. Azərbaycan bizim canımız, qanımızdır. “Eyni zamanda da Naxçıvan bizim üçün çox əzizdir”, – deyən millət vəkili əlavə etdi ki, bu gün Naxçıvan çox inkişaf edib. Burada Azərbaycan Silahlı Qüvvələrinə məxsus güclü ordusu var. Tam səmimi deyirəm, bu gün cənab Prezident, Ali Baş komandan İlham Əliyev əmr verərsə, Naxçıvan ordusu 2 saat ərzində İrəvana qədər gedib o torpaqları işğaldan azad edə bilər. Lakin biz sülh yolunu üstün tuturuq. Türkiyə hər zaman bütün müstəvilərdə Azərbaycanla bərabər olub və bundan sonra da bərabər olacaqdır. Mən bir millət vəkili olaraq parlamentdə Türkiyə-Azərbaycan dostluğunun inkişaf etdirilməsi üçün əlimdən gələni edirəm və bundan sonra da bunu davam etdirəcəyəm.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler