Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu gün bizi unutdurmağa çalışırlar”

18 Ekim 2016

8:48 am


18/10/2016 [12:45]: xeber –
Bu gün Azərbaycanın  müstəqilliinə qovuşmasının 25 ili tamam olur. Uşaqdan böyüyə hər kəs Xalq şairi Sabir Rüstəmxanlının bu günün memarlarından biri olduğunu yaxşı bilir. S.Rüstəmxanlı 25 il bundan əvvəl xalq hərəkatının önündə getməklə Azərbaycanın təməlini 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin qoyduğu müstəqilliyinin bərpası üçün mücadilə edənlərdən biri, birincisidir. Məhz bu səbəbdən də bu gün Sabir bəyi danışdırmamaq günah olardı. Düzdür, 18 oktyabrla bağlı S.Rüstəmxanlı ilə geniş müsahibə etmək fikrimiz vardı. Ancaq Sabir bəy Türkiyədə “Bağımsızlıqlarının 25-ci ilində Azərbaycan və Türk Cumhuriyyətləri” adlı konfransda iştirak etdiyi üçün görüşümüz baş tutmadı. Buna baxmayaraq Sabir bəy bizi qırmayıb telefonla olsa belə bu günlə bağlı ürək sözlərini bölüşdü. S.Rüstəmxanlı ilk öncə qeyd etdi ki, müstəqilliyimiz uğrunda bundan sonra da mübarizə aparmaq lazımdır:“1991-ci il oktyabr ayının 18-i Azərbaycan tarxinin şərəfli, şanlı günlərindən biridir. 1918-ci ildə qurulmuş Şərqdə ilk Demokratik Respublika 1991-ci il 18 oktyabrda bərpa olundu. Bu gündən sonra Azərbaycanın yeni bir tarixi başlayır. 25 ildir ki, müstəqil dövlət yaşayır, bütün çətinlikləri ilə, müharibədəki məğlubiyyəti ilə, iqtisadi problemləri ilə, qaçqın-köçkün sorunları ilə. Bütün ağır faciələrinə baxmayaraq Azərbaycan dünya dövlətləri sırasında yer alıb və bu, xalq üçün baş ucalığıdır, bunu dəyərləndirmək lazımdır. Bunun üçün əlbəttə ki, çalışmaq, mübarizə aparmaq lazımdır. Bu ölkədə demokratiyanın, haqqın, ədalətin bərqərar olunması uğrunda bundan sonra da vuruşmalıyıq. Çünki o vaxt imperiyaya qarşı vuruşmaq, bəlkə də daxildəki qüvvələrə qarşı vuruşmaqdan daha asan idi”. Xalq şairi daha sonra bildirdi ki, müstəqillik yolunda xidmətləri olmuş şəxsləri bu gün unutdurmağa çalışırlar: “Müstəqillik hər xalq üçün birinci şərtdir. Ona görə də o günlərdə iştirakımdan, 1988-ci ildə başlayan meydan hərəkatının əsas aparıcılarından, liderlərindən biri olmağımla, 1991-ci ilin 17 martında keçirilən Referendumda SSRİ-nin əleyhinə səs verən cəmi 42 nəfərdən biri olmağımla, sonra da Müstəqillik Aktını hazırlayıb ona qol çəkdirməyimlə qürur duyuram. O vaxt  Ali Sovetdə Müstəqil Azərbaycan deputat qurupu var idi və mən o qurupun həmsədri idim. O proseslərdə yaxından iştirak etmişəm. Bu gün unudulur, unutdurmağa çalışırlar, amma bu, bir həyatdır, tərcümeyi haldır, taledir və biz o taleyi yaşamışıq. Hər halda o sırada neçənci olmağından asılı olmayaraq insanların yan-yana, çiyin-çiyinə gecə-gündüz mübarizə aparması, kənardan bizi əhatəyə alan xalqın iradəsi, içəridəki azsaylı deputatların çox əzmkarlıqla mübarizəsi xalqa müstəqillik qazandırdı”. Sabir bəy SSRİ-nin dağılmasında əsəs rolu Azərbyacnın oynadığını da vurğuladı:“Bəzən deyirlər ki, SSRİ onsuz da dağıldı və başqa respublikalar da, hətta bizdən də əvvəl müstəqillik əldə etdilər. Ancaq onu nəzərə almaq lazımdır ki, SSRİ-ni dağıdan əsas qüvvə Azərbaycan Xalq Hərəkatı oldu. 1988-ci ildən meydan hərəkatları başladı. 1990-cı ildə Azərbaycanın seçki yolu ilə sakitcə hakimiyyəti dəyişdirmək mümkün idi. Bunun qarşısını almaq üçün Bakıya Sovet ordusunun yeridildi, 20 Yanvar faciəsi törədildi. Bunun dalınca 1991-ci ildə ölkədə vəziyyət elə bir həddə gəlib şatmışdı ki, artıq Moskva idarəçiliyi itirmişdi. Bunun səbələrindən  biri Azərbaycan idi. Ona görə biz təkcə Azərbaycanın müstəqillik qazanmasında yox, həm də millətimizin qanınl içən böyük bir imperiyanın dağılmasında əsas rolu oynayıb”. S.Rüstəmxanlı SSRİ-nin təəssüfünü çəkənlərə də münasibət bildirdi:  “Bu gün köhnə nostalgiya ilə danışanlar var. Onlara Azərbaycanda XIX əsrdə ana dilimizdə məktəbin olmamasını, Qafqazda erməniyə, gürcüyə hər cür şərait yaradan Rusiyanın burdakı müsəlmanları məhv etmək siyasətini, 1920-ci ildən başlayan bolşevik qırğınlarını, 1937-ci ilə qədər hər il davam edən represiyaları, bu millətin dilinin, adının, əlifbasının dəyişilməsi, azərbaycanlı adlı yeni bir xalq yaratmaq uğrunda Stalinin apardığı siyasəti, millətimizin kökündən qoparılma siyasətini xatırlatmaq istəyirəm. Bütün bunlar hamısı o imperiyanın gördüyü işlər idi. İndi yenidən o imperiya üçün darıxmaq artıq cahillikdir, milli xəyanətdir, yaddaşını, tarixini unutmaqdır. Ona görə də bütün qüsurları  ilə birlikdə Müstəqil Azərbaycanı böyük bir qazancımız hesab edirəm. Onu qorumaq üçün çalışmalıyıq”.Xalq şairi sonda müstəqillik uğrunda xidməti olan dostlarını təbrik etdi: “Fürsətdən istəfadə edib o vaxtkı dostlarmı, bu mücadilədə xidmətləri olmuş, istiqlalçı deputat dostlarımı ürəkdən təbrik edirəm. Müstəqilliyimiz əbədi olsun. Allah Azərbaycanımızı, millətimizi qorusun!”Rumiyyə MİRASLAN


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler