Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu gün baş veren zelzelenin – SİRLƏRİ

01 Ağustos 2016

3:44 pm


01/08/2016 [19:42]: xeber –
sayt xabər verir ki, bu gün Azərbaycanda baş verən 5,6 ballıq zəlzələ ölkənin bir çox rayonlarında həyəcana səbəb olmuşdur. Hətta,  Ağcabədi rayonunda bir nəfər həyəcandan dünyasını dəyişmişdir. Hadisəni saytımıza şərh edən tədqiqatçı-yazıçı, elmi-lədun mövzusunda 30-dan çox kitabın müəllifi olan  Paşa Yaqub bunları bildirmişdir:-Əvvəlki şərhlərimdə də qeyd etdiyim kimi, bu cür həyəcanlı hadisələr təsadüfü olmayıb, riyazi dəqiqliklə baş verir. Yəni, müəyyən bir qanunauyğunluğa tabedir. Bugünkü zəlzələdəki qanunauyğunluğu görmək üçün aşağıdakı riyazi hesablamalara nəzər salmaq kifayətdir:1) Bu il aprelin 10-da Xaçmazda baş verən qasırğanı xatırlayırsız yəqin ki? (Bu hadisəni saytınıza şərh etmişdim həmin gün.)  Bu gün həmin qasırğanın 114-cü günüdür ki, bu da “Quran”ın surələrinin sayı olmaqla, diqqətimizi yenə də müqəddəs kitaba yönəldir. 2) Xatırladım ki, keçən il iyulun 1-də “Günəşli” yatağında enerji müəmmalı şəkildə kəsilmişdi. Bu səbəbdən 3 gün müddətində oradakı neft buruqlarına enerji ehtiyat generatorlar vastəsi ilə verilmişdi. Əvvəlki yazılarımda bu hadisəni şərh edərkən, bunun Allahdan bir xəbərdarlıq olduğunu qeyd etmiş və bu barədə dəlillər (hesablamalar) gətirmişdim. Çox təəssüf ki, o vaxt bu xəbərdarlığa məhəl qoyan olmadı. Maaraqlıdır ki, bugünkü zəlzələ riyazi yolla həmin enerji qəzasına bağlanır. Belə ki, bu gün  həmin hadisənin 400-cü günüdür ki, bundan da “Quran”ın səhifələrinin cəmi olan 286 ədədini (Kəbədə və muzeylərdə qorunan XVII əsrə qədər çap olunmuş quranlar 286 səhifəyə yerləşdirilib) çıxsaq, yenə də müqəddəs kitabın surələrinin sayı və rəmzi olan 114 ədədi alınar və baş verən hadisələrin Allahdan xəbərdarlıq mesajı olduğu bir daha təsdiq olunar:400 – 286 = 114 3) Ötən yazılarımda 2014-cü ilin 27 mayında Cəlilabadda baş verən ildırım hadisəsindən bəhs etmişdim. Hesablamalardan görünürdü ki, Azərbaycanda baş verən bir çox faciəvi hadisələr bu tarixdə baş verən ildırım  hadisəsinə bağlanır. Məsələn, bu hadisənin 400-cü (114 + 286)  günü (iyilin 1-də) yuxarıda qeyd etdiyim kimi, neft quyularının enerjisi kəsilmişdi. Həmin ildırım hadisəsinin 555 ci günü (4 dekabrda) isə, “Günəşli” neft yatağında baş verən tufan onlarla insanın ölümünə və yaralanmasına səbəb oldu, ölkədə böyük həyəcan yaratdı (həmin gün neft quyusunda  baş verən yanğın 60 gündən sonra söndürüldü).  Xatırladım ki, 555 ədədi “Quran”da tövbə və cəza rəmzi sayılır. Elmi-lədun hesablamalarımız göstərir ki, bu gün baş verən zəlzələ həyəcanı da riyazi yolla  Cəlilabaddakı ildırım hadisəsinə bağlanır. Belə ki, bu gün həmin hadisənin 800-cü günüdür ki, bundan da “Quran”ın kodlarını çıxdıqda, yenə də müqəddəs kitabın rəmzləri alınır: 800 – (114 + 286) = (114 + 286)Xatırladım ki, Cəlilabadda ölümlə nəticələnən ildırım hadisəsi baş verəndə rayonun kodu 114 (!) idi. Hələ o vaxt hadisəni şərh edərkən, bunun kodlaşdırılmış bir xəbərdarlıq olduğunu qeyd etmişdim və nəticə çııxarmağın vacibliyini bildirmişdim. 4) Hesablamalarımız göstərir ki, bugünkü zəlzələ həm də keçən il Qubada baş verən 5 ballıq zəlzələnin davamıdır. Belə ki, keçən ilin 26 yanvarında Qubada baş verən zəlzələ bütün bölgədə həyəcana səbəb olmuşdu. Həmin vaxt bu hadisəni şərh edərkən, Allahdan xəbərdarlıq mesajı olduğunu hesablamalarla göstərmişdim. Maraqlıdır ki, bu gün həmin hadisənin 555-ci günüdür ki, bu da qeyd etdiyim kimi, tövbəyə və cəzaya işarədir (yəni, tövbə edib, doğru yola qayıdın ki, cəzalanmayasız). 5) Elmi-lədun hesablamalarımız bugünkü zəlzələnin Ay tutulmasına da bağlandığını üzə çıxarır. Belə ki,  15 aprel 2014-cü ildə Ay tutulması baş vermişdi. “Quran”da Ay və Günəş tutlmaları qiyamətin əlaməti və xəbərdarlığı kimi göstərilir. Bu gün qeyd etdiyim Ay tutulmasının 841-ci günüdür ki, bundan da “Quran”ın kodu olan 286 ədədini çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır:841 – 286 = 555Göründüyü kimi, bugünkü zəlzələnin bütün hesablamaları diqqətimizi “Quran”a və özəlliklə də cəza rəmzi olan 555 ədədinə yönəldir. Bütün bunlar  onu göstərir ki, baş verən zəlzələ əslində insanlara kodlaşdırılmış xəbərdarlıq məqsədi daşıyır. Əgər əvvəlki hadisələr (xəbərdarlıqlar) kimi, bundan da nəticə çıxarılmazsa və cəmiyyətdə haqq-ədalət, sərvətlərin bölünməsində halallıq təmin olunmazsa, onda daha böyük fəlakətlərlə və faciələrlə qarşılaşmalı olacağıq. Adətən ağır yatanı silkələyib oyadarlar. Bu silkələnmə də insanların oyanışı üçün bir vasitədir.Bugünkü zəlzələdə diqqət çəkən daha bir məqam onun episentrinin  İmişli rayonuna düşməsi və burada üç dəfə təkrarlanmasıdır. Bu təsadüfdürmü? “Quran” məntiqinə görə həyatda təsadüf yoxdur. Bəs bunun səbəbi nədir? Hesablamalarımız göstərir ki, burada da bir qanunauyğunluq vardır. Bu qanunauyğunluq özünü rayonun seriyası (həm də poçt  kodu) olan 30 ədədi ilə biruzə verir. Belə ki, iyul ayının 3-də Şəkidə baş verən sel özüylə fəlakət gətirmişdi (yolları, körpüləri, tikililəri dağıtmışdı) Bu gün həmin fəlakətin 30-cu (!) günüdür ki, bu da İmişlidəki maşınların üzərində görünməkdədir.Fikrimizi təsdiq etmək üçün daha bir elmi-lədun hesablama gətirək: bu gün 9 mart tarixli Günəş tutulmasının 144-cü günüdür ki, bundan “Quran”ın kodunu (114) çıxsaq, yenə də İmişli rayonunun seriyası görünər:144 – 114 = 30Bir daha qeyd etməyi vacib bilirəm ki, bu zəlzələ tək imişli rayonuna deyil, bütün Azərbaycan xalqına və onu idarə edənlərə Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıqdır:“İnsanların öz əlləri ilə etdikləri pis əməllər, günahlar üzündən quruda və suda fəsad əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah bununla onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar”. “Quran”, “Rumlular” surəsi, 41.Allahın qulu və carçısı Paşa YaqubMüəllifdən: yuxarıda qeyd etdiyim neft daşlarındakı 4 dekabr tarixli tufan hadisəsinin 114-cü günü (martın 27-də) Bakıda (Badamdart səmtində) güclü uğultu və həyəcan yaşanmışdı. Həmin hadisəni moderator.az-a şərh edərkən bunun mikroqiyamət və Allahdan xalqımıza bir xəbərdarlıq mesajı  olduğunu qeyd etmişdim  (bu linkdən oxuya bilərsiz: http://www.moderator.az/news/128775.html )Maraqlıdır ki, həmin uğultulu xəbərdarlıq boşa getmədi. Onun da 114-cü günü böyük bir hadisə baş versədə səsi (uğultusu) hələ xalqa çatmayıb. Çox güman ki, yaxın günlərdə çatacaq.Yazarın arxivi:http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler