Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu gün Avrasiyada saatlar Bakı vaxtı ile qurulur”

08 Ağustos 2016

12:32 pm


08/08/2016 [16:31]: xeber –

“Azərbaycan, Rusiya və İran prezidentləri
arasında keçiriləcək üçtərəfli görüş regional təhlükəsizlik və əməkdaşlıq
nöqteyi-nəzərindən strateji əhəmiyyət kəsb edir. Regional və qlobal siyasətdə
mühüm təsir imkanlarına malik olan bu üç dövlətin biraraya gəlməsi kontekstində
bu gün Avrasiyada saatlar Bakı vaxtı ilə qurulur”. Bunu sayta
açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

N.Qələndərlinin sözlərinə görə, qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri Azərbaycanın iştirakı ilə yeni
regional əməkdaşlıq formatlarının yaranmasını şərtləndirir:

“Azərbaycan-İran-Rusiya,
Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə formatları həm ikitərəfli,
həm də çoxtərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır, bölgədə təhlükəsizlik
və işbirliyinə əhəmiyyətli töhfələr verir. Bakıda Azərbaycan, İran və Rusiya
prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi də bu kontekstdə xüsusi önəm kəsb
edir. Görüş çərçivəsində beynəlxalq və regional siyasətin aktual məsələlərinin,
xüsusilə enerji və nəqliyyat sahələrində əməkdaşlığın perspektivlərinin müzakirə
ediləcəyi gözlənilir. Məhz bu cür formatlar çərçivəsində mövcud işbirliyinin
inkişafı regionda strateji təhlükəsizlik balansını təmin etmək iqtidarında
olmaqla yanaşı, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri üçün də əhəmiyyətli zəmin
rolunu oynamaqdadır. Xüsusilə də Avrasiya regionunda baş verən hadisələrə
münasibətdə bəhs olunan ölkələr təhlükəsizlik və əmin-amanlıq tərəfdarı kimi
çıxış etməklə konkret mövqe ortaya qoyurlar. Əməkdaşlıq əlaqələrinin inkişafı və
onun regional təhlükəsizliyə təsiri kontekstində gələcəyə dair optimist
proqnozlar  ifadə etmək olar”.

 

Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler