Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu gün ADP-nin növbeti iclası keçirilib

24 Ekim 2016

10:08 am


24/10/2016 [14:06]: xeber –
Bu gün Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin (ADP İH) növbəti iclası keçirilib. İclasda ölkədə və dünyada baş verən bir sıra siyasi hadisələrə dair müzakirələr aparılıb, bununla bağlı partiyanın münasibəti formalaşdırılıb.İlk növbədə son vaxtlar Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi və Dağlıq Qarabağın statusu məsələləri haqqında Minsk qrupunun ABŞ-dan olan həmsədri C.Uorlikin bəyənatı müsbət qarşılanıb, eyni zamanda qeyd edilib ki, ölkənin suverenliyindən kənarda hər hansı muxtariyyətdən söhbət gedə bilməz. ADP İH hesab edir ki, Azərbaycan yalnız ərazisində yaşayan erməni vətəndaşlarına unitarlıq prinsipinə zidd olmayan mədəni muxtariyyət, ikili vətəndaşlıq təklif edə bilər.BMT-də Azərbaycandakı insan hüquqlarının vəziyyətinə dair keçirilən müzakirələri müsbət qiymətləndirən İdarə Heyəti, ölkədə insan hüquq və azadlıqlarının ağır vəziyyəti, qanunsuz həbslər və işgəncələrlə bağlı deyilənlərin obyektiv olduğu, ölkədəki hüquq pozuntularının qarşısının alınmasında beynəlxalq təzyiqlərin vacib olmasını qeyd edib.ADP İH son vaxtlar ölkənin maliyyə sektorunda manatın dollara nisbətdə dəyərinin müəmmalı şəkildə qısa müddət üçün qaldırılması, başqa sözlə devalvasiya oyunu oynanılması ilə ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurulduğunu, bəzi işbazların bundan milyonlarla manat qazandığını qeyd edərək, bunun yolverilməz olduğunu bildirib və bu cür iqtisadi cinayətkarlığın müəlliflərinin cəzalandırılmasının zəruriliyini bir daha vurğulayıb.İclasda həmçinin keçirilmiş referendumdan sonra Konstitusiya dəyişikliklərinə müvafiq olaraq yeni seçkilərin keçirilməsinin zəruriliyi qeyd edilib. Əks təqdirdə hazırkı hakimiyyət qollarının heç biri – nə prezident, nə də parlament yeni dəyişikliklərlə təsdiq olunan Konstitusiyaya görə legitim olmayacaqdır.Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turunun nəticələrinə dair fikir mübadiləsi aparan iclas iştirakçıları, bu seçkilərin qüsurlarına baxmayaraq demokratik və azad rəqabət şəraitində keçirildiyini və bu cür seçkinin digər Cənubi Qafqaz ölkələri üçün bir nümunə olduğunu bildiriblər.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler