Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu gözel 2018-ci ilde Putini evez edecek – İDDİA

01 Eylül 2016

4:56 pm


01/09/2016 [20:54]: xeber –
Krımın baş prokuroru Natalya Poklonskaya “Vahid Rusiya” Partiyasının dəstəyi ilə Dövlət Dumasına seçkilərə öz namizədliyini irəli sürmək niyyətindədir. Publika.az xəbər verir ki, bu haqda “Daily Mirror” nəşri yazıb. Nəşr qeyd edir ki, Krımın baş prokuroru 2018-ci ildə keçiriləcək prezident seçkilərində potensial namizəddir. 36 yaşlı Poklonskaya artıq “Forbes” jurnalı tərəfindən dərc edilmiş ən perspektivli siyasətçilərin siyahısına girib. O, Ukrayna baş prokurorluğunda tutduğu vəzifədən istefa verdikdən sonra Krımın baş prokuroru vəzifəsinə təyin edilib. “Mənə Ukraynada yaşamaq və işləmək ayıbdır. Burada küçələrdə faşistlər gəzir və hakimiyyətə öz qaydalarını diktə edə bilirlər”, – o, bildirib. Nəşrin yazdığına görə, Natalya Poklonskaya xarici görünüşü və gəncliyi sayəsində internetdə yüksək reytinq qazanıb. Ona mahnılar, şeirlər və animasiya filmləri həsr edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler