Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu gece Bakıdakı teyyare qezasının -SİRLƏRİ

11 Temmuz 2016

5:52 pm


11/07/2016 [21:50]: xeber –
Xəbər verildiyi kimi, bu gecə “Air İndia” aviaşirkətinə məxsus London-Mumbay marşrutu üzrə reys həyata keçirən “Boenq 787” markalı  təyyarə Bakı aeroportuna  məcburi eniş edib.  Göyərtəsində 206 sərnişin olan təyyarə texniki səbəblərə görə qəza enişi edib. “Air İndia” sərnişinləri Mumbaya çatdırmaq üçün Bakıya digər təyyarə göndərib. Həmin təyyarə bu gün yerli vaxtla saat 14:37-də bütün sərnişinlərlə birlikdə Bakıdan havaya qalxıb. Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim kitab və məqalələrimdəki faktlardan da görünürdü ki, bu cür qəzalar təsədüfü olmayıb, müəyyən bir qanunauyğunluğa tabedir. Yəni, bir qayda olaraq 114 və 286 ədədləri ilə özündən əvvəlki qəzalara bağlanır və onların davamı olduğunu sübut edir (xatırladım ki, 114 “Quran”ın surələrinin, 286 isə bu müqəddəs kitabın səhifələrinin sayıdır). Bu gün baş verən qəza da bu qəbildəndir. Bunu aşağıdakı hesablamalardan görmək olar:1) Bu təyyarə qəza enişi edən  gün (bu gün) 28 sentyabr 2015-ci ildə baş verən Ay tutulmasının (astronomik xəbərdarlıın) 286-cı (!) günüdür.2) Bu gün həm də 25 may 2013 tarixli Ay tutulmasının 1144-cü günüdür ki, bundan 286 ədədini çıxsaq,  yenə də Allahın kodlaşdırılmış möhürü sayılan 286 ədədi alınar və diqqətimizi təkrar olaraq müqəddəs kitaba yönəldər:1144 – 286 – 286 – 286  = 2863) Xatırladım ki,  7 iyun 2015-ci il tarixdə Rusiyaya məxsus içərisi sərnişinlə dolu “Tu-95” təyyarəsi havada partlamışdı.  Bu gün həmin hadisənin 400-cü günüdür ki, bundan da “Quran”ın surələrinin sayını (114) çıxsaq, yenə də səhifələrinin sayı alınar və diqqətimizi   bir daha müqəddəs kitaba və onun hökmlərinə yönəldər:400 – 114 = 2864) Qeyd edim ki, bu il martın 19-da Dubaydan gələn “Boenğ – 737” təyyarəsi Rostovda qəzaya uğradı, sərnişinlər və heyyət üzvləri həlak oldular. Bu axşam Bakıda təyyarə qəza enişi edəndə həmin hadisənin 114-cü (!) günü idi.5) Bugünkü təyyarə qəzasının özündən əvvəlki qəzaların davamı olduğunu sübut edən daha bir fakta nəzər salaq: 16 may 2014-cü il tarixdə Laosda “An-74” təyyarəsi qəzaya uğraması nəticəsində 134 nəfər həlak olmuşdu. Bu gün həmin hadisənin 787-ci (!) günüdür ki, bu da Bakıda eniş edən təyyarənin üzərində açıq-aşkar həkk olunub.6) 7 mart 2014-cü il tarixdə Malayziyaya məxsus “Boeng-777” təyyarəsi Vyetnamda qəzaya uğraması nəticəsində 239 nəfər həlak olmuşdu. Bu gün həmin hadisənin 858-ci günüdür ki, bundan da “Quran”ın səhifələrinin sayını (286) çıxanda yenə də müqəddəs kitabın səhifələrinin cəmi alınır və bir daha diqqətimizi bəşəri dəyərlər toplusu olan “Quran”a və onun hökmlərinə yönəldir:858 – 286 – 286 = 286Oxucuları yormamaq üçün hesablamaları çox uzatmıram. Arif olanlara bu əlamətlər kifayətdir ki, gərəkən nəticəni çıxarsın.Nəticə isə ondan ibarətdir ki, bəşəriyyət yolunu azdığına və bütün müqəddəs dəyərlərdən nəinki uzaqlaşdığına, bu dəyərləri ayaq altına salıb tapdaladığına görə; biri-birlərinə haqsız zülm etdiklərinə, istismar etdiklərinə görə; pozğun həyat tərzi keçirdiklərinə və bu pozğuluğu başqalarına da təbliğ etdiklərinə görə Allah-təalanın qəzəbinə gəlmişdir. Baş verən bütün təyyarə qəzaları və digər həyəcanlı hadisələrin  üzərində Allahın kodlaşdırılmış möhürü olan 114 və 286 ədələrinin həkk olunması da bu cür hadisələrin biri-biri ilə zəncirvari əlaqəli olduğunu və eyni bir prosesin (cəzalanma prosesinin) davamı olduğunu sübut edir. Hesablamalarımız göstərir ki, bu kimi bəlalar insanları oyatmaq və doğru yola qaytarmaq üçün Allahdan kodlaşdırılmış xəbərdarlıqlardır və insanlar doğru yol tutana qədər davam edəcəkdir. Bütün bunları nəzərə alaraq, bu sətirlərin müəllifi tövbə edərək, Allaha sığındı. Sizlərə də bunu məsləhət görürük. “Sizi suda və quruda (havada) gəzdirən Odur. Siz gəmidə (oxu: hava gəmisində) olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” “Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”. “Quran”, 10:22-23.Allahın aciz qulu: Paşa YaqubYazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler