Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu gece Amerikada baş veren teyyare qezasının şok sirleri…- FOTO

28 Temmuz 2016

12:56 pm


28/07/2016 [16:53]: xeber –
sayt xəbər verir ki, bu axşam Amerikanın Koliforniya ştatının Kolumbiya şəhərində “Cessna-310” markalı təyyarə qəzaya uğramış və içərisində olan sərnişinlər həlak olmuşlar. Xəbəri saytımıza şərh edən tədqiqatçı-yazıçı, elmi-lədun üsulu ilə təyyarə qəzalarının monitorinqini aparan və bu mövzuda 30-dan çox kitabın müəllifi olan Paşa  Yaqub baş verən qəza ilə əlaqədar bunları bildirmişdir:-Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim kitab və məqalələrimdəki faktlardan da görünürdü ki, bu cür qəzalar təsədüfü olmayıb, müəyyən bir qanunauyğunluğa tabedir. Yəni, bir qayda olaraq 114 və 286 ədədləri ilə özündən əvvəlki qəzalara bağlanır və onların davamı olduğunu sübut edir. Bu gün baş verən qəza da bu qəbildəndir.  Bu günkü qəzanın “üzərində” bu kodları göstərməzdən öncə 286 ədədindəki hikmətə təkrar nəzər salmanızı istəyirəm.Qeyd edim ki, XVIII əsrə qədər çap olunan, Kəbədə, eləcə də dünyanın bütün muzey və kitabxanalarında qorunan bütün  quranlar 286 səhifəyə yerləşdirilib. Bunun təsadüf olmadığı aşağıdakı faktlardan görünür:1) Quranda təsbit olunmuş İslamın iki böyük bayramı – Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür.2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətində normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır.3) İnsanlar ən çox Günəş və Ay (qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla), bir qayda olaraq 286 gündür.4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfü deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir.Buradan aydın olur ki, 286 ədədi Allahın kodlaşdırılmış  “möhürü” olaraq bütün böyük hadisələrin və elmlərin üzərinə vurulmuşdur.Adətən insanlar “Quran”a and içərkən (yaxud tövbə edərkən) bu andı üç dəfə təkrarlayırlar. Gəlin təkrar olunan bu andı riyazi dilə çevirək:286 + 286 + 286 = 858Astronomiya sahəsində apardığımız elmi-lədun araşdırmalarımız göstərir ki, bütün astronomik hadisələr (Günəş və Ay tutulmaları) bir qayda olaraq 858  gündən bir təkrarlanır. Bunu sübut edən cədvəli aşağıda təqdim edirəm (qeyd edim ki, tərtib etdiyimiz bu cədvəllər astronomiya elmində mühüm kəşfdir):Təyyarə qəzalarının monitorinqini də aparanda eyni halla qarşılaşdıq. Faktlar sübut edir ki, astronomik hadisələrdə olduğu kimi, təyyarə qəzaları da 858 günün tamamında təkrar baş verir. Elə bu gecə baş verən sözü gedən qəza da özündən əvvəlki qəza ilə 858 ədədi ilə bağlanır. Belə ki, 21 mart 2014-cü il tarixdə Ukraynada “Su-24” təyyarəsi qəzaya uğramışdı (içərisindəkilər həlak olmuşdular). Bu gün həmin hadisənin 858-ci günüdür ki, Amerikada sözü gedən qəza baş verdi.Qeyd edim ki, bu gecə qəzaya uğrayan təyyarənin üzərindəki marka (310) da təsadüf olmayıb, özündən əvvəlki qəzalara bağlayan riyazi zəncirdə bir halqa rolunu oynayır: xatırladım ki, keçən il iyunun 30-da İndoneziyada “Horkulas-130” sərnişin təyyarəsi Medan şəhərində otelin üzərinə çırpılmışdı. Hadisə nəticəsində laynerdə olan 130 sərnişinin və heyət üzvlərinin hamısı həlak olmuşdular. Bu gün həmin hadisənin 424-cü günüdür ki, bundan “Quran” rəmzi olan 114 ədədini çıxsaq, alınan 130 ədədi bu gecə qəzaya uğrayan təyyarənin markasını göstərər:424 – 114 = 130Oxucuları yormamaq üçün hesablamaları çox uzatmıram. Qısaca olaraq onu deyim ki, bu cür qəzalar təsadüfü olmayıb, yolun azmış və Allahdan, kitabdan çox uzaqlaşmış bəşəriyyətin diqqətini Allaha və kitaba yönəltməklə, insanlara xəbərdarlıq məqsədi daşıyır. Elmi-lədun hesablamalarımız göstərir ki, bəşəriyyət bu cür xəbərdarlıqlara məhəl qoyub doğru yola qayıtmazsa və Haqqa təslim olmazsa, qarşıda onu daha böyük faciələr gözləyir. Allah əməlisaleh insanları qorusun.“Sizi suda, quruda (və havada) gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”. “Quran”, “Yunis” surəsi, 22-23-cü ayələr.Paşa Yaqub – tədqiqatçı-yazıçıYazarın arxivi: http://www.moderator.az/search?q=pa%C5%9Fa+yaqub




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler