Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu fotoların ölülere aid olduğuna   -İNANMAYACAQSINIZ

23 Ekim 2016

3:28 pm


23/10/2016 [19:25]: xeber –
sayt 19-cu əsrdə mövcud olmuş maraqlı bir ənənə haqqında yazı təqdim edir: 19-ci əsrdə fotoşəkil çəkdirmək prestij hesab olunurdu. Buna görə də yaxınlarını itirən insanlar maraqlı bir ənənəni davam etdirərək ölülərlə belə şəkil çəkdirirdilər. Ölmüş insanla son bir xatirə olması məqsədilə çəkilən belə fotoşəkillər post mortem fotoları adlandırılırdı. Bu fotolar Avropa və Amerikada olduqca populyar idi. Bu adətin kökü isə 15-ci əsrə dayanırdı. Belə ki, 15-ci əsrdə rəssamlar ölmüş rahiblərin şəkillərini çəkirdilər. İndi geriyə baxanda ölüylə fotoşəkil çəkdirmək əlbəttə ki, dəlilik kimi görünür. Ancaq ölmüş adamın yaxınları ölünün portretini çəkdirməkdənsə, fotoşəkil çəkdirməyi üstün tuturdular. Məqsəd də ölən adamın ardından son bir xatirə şəkli saxlamaq idi. Çünki ölmüş şəxslərdən yadigar qalacaq hər hansı bir şəkilləri yox idi. Ailə üzvləri də xatirə qalması məqsədilə ölülərini canlı kimi geyindirir, bəzəyərdilər. Ölülər də sanki fotoşəkillərdəki digər ailə üzvləri ilə birlikdə poza verirdilər.Bu fotolarla bağlı bir çox yazarların tezisləri mövcuddur. Fotoqraflar bununla bağlı müxtəlif araşdırmalar aparıb. Post mortem fotoşəkillərində insanı çəkən sirrli bir tərəfin olması da qeyd edilir. Belə fotoşəkillər bir qədər melanxolik qoxuludur. Belə fotolara diqqətlə baxdıqda ölülərin canlıya oxşadıqları və çox aydın düşdüklərini görmək olur. Bəzilərinin isə ölü, yoxsa diri olduğunu ayırd etməkdə isə çətin olur.XIX əsrdəki ölülərlə şəkil çəkdirmək ənənəsi indi bir çoxlarına qəribə gəlsə də bizlər o insanları qınaya bilmərik. Çünki getdikcə çoxlarımız  belə “adətlərə” imza atırıq. Ölü ortalıqda qalır, bəzi şəxslər isə ölünü ağlamaq əvəzinə, ölüylə selfie edib sosial şəbəkələrdə paylaşır.  Həmçinin sosial şəbəkələrdə paylaşmaq üçün məzarlıqda, baş daşıyla şəkillər çəkdirənlər belə çoxdur. Belə əməllərə imza atarkən nə zamansa qınaq obyektinə, gülüş hədəfinə tuş gələcəyimizi unutmamaq lazımdır. Necə ki, 19-cu əsrdə ölüylə şəkil çəkdirənləri qınayırıq…Hazırladı: Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler