Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu, eslinde çox gecikmiş addımdır” – Romanının satışına qadağa qoyulan jurnalist…

29 Eylül 2016

5:52 pm


29/09/2016 [21:50]: xeber –
“Ölkə adı: 22″ romanının satışına qadağa qoyulub”.Bunu romanın müəllifi, jurnalist Zümrüd Yağmur öz “Facebook” statusunda yazıb. O, qeyd edib ki, bir necə gün əvvəl bir oxucu ona müraciət edərək, əsəri necə əldə edə biləcəyini soruşub.“Ona hansı kitab dükanlarından əldə edə biləcəyini söylədim.Lakin keçən gün oxucu mənə yazaraq bildirdi ki, o, bu gün iki dükandan kitabı soruşsa da əldə edə bilməyib. Əsərin satışda bitdiyini zənn edib romanın yayımı ilə məşğul olan şəxs bu gün kitab dükanlarına baş çəkərək yenidən onlara kitab vermək istəyəndə aydın olub ki, əsər satışdan qaldırılıb. Səbəb olaraq da o göstərilib ki, əsərdə siyasi calarlar var və hakimiyyət əleyhinə yazılıb”- deyə, qeyd edən yazar bildirib ki, bu, əslində çox gecikmiş addımdır. “Ölkə adı:22″əsəri onsuz da satılıb, əldə qalan az sayda nüsxə də yəqin ki bir şəkildə öz oxucusu ilə görüşəcək…”-deyə, o, daha sonra qeyd edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler