Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu dile xor baxanların cezası vaxtında verilmeli ve ölçü götürülmelidir”

04 Kasım 2016

6:56 pm


04/11/2016 [22:52]: xeber –
Dünyada 6000-ə yaxın xalq var. Bu xalqların isə təxminən 200 civarında qisminin müstəqil dövləti var. Biz də bu müstəqil dövlətlərdən biriyik. Müstəqil dövlətə mənsub olan atributlarımız var. Bu atributların içində ən qədimi və köklüsü ana dilimizdir. Bu dil hələ 16-cı əsrdə cahanın ən böyük dövlətlərindən biri olan Səfəvi-Azərbaycan dövlətinin rəsmi dili olub. Tariximizi əks etdirən, bizi xalq olaraq bildirən ən böyük sərvətimiz ana dilimizdir. Dünyada 60 milyon Azərbaycanlının doğma dilidir. Bizimlə yaxın olan, mənşəcə eyni olan türk dillər qrupuna daxilik. Bir neçə türk xalqının danışığını sərbəst başa düşmək olur. Türkiyə, Tatarıstan, Qırğızıstan və.s digər eyni kökdən gələn türk xalqlarının dili bizimlə eynilik təşkil edir. Hər bir türk mənşəli söz milli söz hesab olunur. Konstitusiyamızın 21-ci maddəsinə əsasən müstəqil Azərbaycanın rəsmi dövlət dili Azərbaycan dilidir. Dövlət orqanlarında aparılan bütün işlər bu dildə aparılır. Xüsusən orduda dövlət dili dəyişilməz mövqe daşıyır. Yəni, ordumuzda başqa dildən söz işlədilməsi əslində yolverilməzdir. Ancaq dilimiz də dövr keçdikcə dəyişir. Köhnə sözlər zamandan asılı olaraq sıradan çıxır, yerini yeni sözlərə verir. Beynəlxalq sözlər, yeni terminlər ortaya çıxır. Ölkəmizdə, adətən, restoran, istirahət mərkəzləri, otellər, geyim mağazalarının adları xarici sözlərlə təsvir olunur. Bu dilimizin gələcəkdə itməsinə təkan vermir ki? Dilimizi necə qoruyaq mövzusunda “Azad Qələm” qəzetinin baş redaktoru Nəcibə İlkin xanım açıqlama verib:”Bu o qədər aktual sualdı, bunu  geniş və məzmunlu şəkildə cavablandırmamaq düz olmazdı. Ən azından ona görə ki, son zamanlar dilimizə  xələl gətirənlərimiz də çoxalıb, dilimizdə olan nöqsanlar da. Dil ünsiyyət, insanların öz bildiklərini başqalarına çatdırmaq  yönündə informasiya vasitəsi olmaqla yanaşı,  insanın əqli fəaliyyətinin substratıdır. Mənəvi həyatın inkişafı üçün dil mühiti  zərurətdir. Dil insan təfəkkürü nitqi və hərəkəti geniş  mənada  davranış sruktrunun ayrı-ayrı  kimponentləridir.  Dilin insan davranışına təsiri  məsələsi əsasən psixoloji problem olsa da, daha böyük “insan və dil” problemi ilə  də bağlı olduğundan  dilçiliyin də diqqətindən  kənarda qala bimlir. Əslində  dilçiliyin inkişafı zəminində aparılan elmi tədqiqatlar, yazılan elmi izahlı məqalələr onun inkişafı və zənginləşməsi zəmində mühüm roldur. Dahi bəstəkarımız Üzeyir Hacıbəyli yazırdı ki, gör bizim türkcəmiz nə qədər inkişaf etmiş dildir ki,  bu dildə “çiy bişmiş”  söz birləşməsi vardır.  Çiy hara, bişmiş hara?  Belə söz qədim və qüdrətli dildə yalnız ola bilir. Həqiqətən bizim dilimiz o qədər zəngin, o qədər dərin və mənalı dildir ki,  nə qədər təhrif olunsa da, yenə də söz xəzinəmiz tükənmir. Ana dilmiizin  bütün ölkə dillərindən hər cəhətcə üstün və mükəmməl dil kimi tanınması da məhz bu mənadadır. Ancaq çox heyf ki, təhsil, ədəbi və mətbu sahədə dilimizin  gözəlliyi nə qədər qorunursa,  o nisbətdə də onun inkişafına kölgə salanlar var. İstər nəşr olunmuş kitablarda, istər qəzet və jurnallarda, istərsə də orta məktəb dərsliklərində   ana dilimiz çox bərbad vəziyyətdə  icra olunur.  Təhsilindən, savadından asılı olmayaraq hər kəs mətbuatda, ədəbiyyatda  fəaliyyət göstərir.  Kimisi öz bildiyi kimi  qəzet buraxır, kitablar çap etdirir, kimisi məddah yazılarla dilimizin mənəviyyaına korluq gətirir. Çap olunmuş qəzet və jurnallarda o qədər səhv buraxılır ki, bunun kökündə o materilların hazırlanması istiqamətində “jurnalist” olmaq marağı ilə hərəkə edənlərin, bir də səriştəsiz baş redakror və işçi qrupların özlərinə aid olmadığı sahədə hərəkəti  durur.  Olduqca cansıxıcı halların baş verməsinə səbəb isə nəzarətin zəif olması və ana dilimizə diqqət və qayğının aşağı səviyyədə olmasıdır.  Yaxud elə reklamlarda hər gün rast gəldiyimiz gülnc doğuran məqamlar. Niyə başqa dillərdə yazılan reklamlar öz aktuallığını itirmir, amma öz dilimizdə olan reklamlar bu qədər biabırçı vəziyyətdə görünür. Ümumiyyətlə isə ana dilmizdə reklam və elanlara əksər hallarda rast gəlinir. O da çox gülməli şəkildə. Elə başa düşürəm ki, ana dilmizin qorunması yolunda hər kəs bir vətəndaş olaraq öz əməyini əsirgəməməli, onun  qorunması üçün iradlarını, düşüncə və fikrini  açıq şəkildə  etiraf etməyi bacarmalıdır. Necə qorumaq fikrinə gəldikdə isə hər kəs öz vicdanının sahibidir.  Vətəni necə qoruduğumuz kimi, ana dilmizi də elə qorumalı və ona məhəbbətlə yanaşmalıyıq. Bu dilə xor baxanların, onun zəifləməsinə çalışanların cəzası vaxtında verilməli və ölçü götürülməlidir”.Mehman Nəbiyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler