Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu, Dağlıq Qarabağın Azerbaycandan ayrılması demek deyilmi?

23 Haziran 2016

7:16 pm


23/06/2016 [23:13]: xeber –
Qısa müddətli apel müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbənin təsiri altında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində  sonun başlanğıcı kimi gözlədiyimiz  prezidetlərin Sankt-Peterburq görüşü bu sahədə heç bir yeniliklə yadda qalmadı. Verilən xəbərlərə görə görüşdə əvvəlcə Azərbaycanın 5, ondan sonra 2 rayonunun azad olunması və dəhlizin müəyyən edilməsi, daha sonra isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi haqda razılıq əldə olunub. Bu zaman 2 rayonun azad edilməsinin müddəti və şərtləri, eləcə də, Dağlıq Qarabağın statusunun hansı yolla (referendiumun yalnız Dağlıq Qarabağda, yoxsa bütövlükdə Azərbaycanda keçiriləcəyi) müəyyənləşdirilməyib. Ona görə də əminliklə demək olar ki, münaqişənin indiki şərtlərlə “5+2 formulu” üzrə həlli (əgər bu həqiqətən baş verərsə) Dağlıq Qarabağın itirilməsi ilə nəticələnə bilər. Əvvəla, 5 rayonun azad edilməsi ilə bağlı danışıqların nə xaxt başlayacağı və hansı müddət ərzində yekunlaşmalı olduğu haqda hər hansı razılaşmanın ortada olmadığı görünür. İkninci, Sankt-Peterburq görüşündən dərhal sonra Ermənistan prezidentinin işğal edilmiş Azərbaycan ərazilərinə səfəri, orada keçirdiyi çoxsaylı görüşlər ermənilərin Sankt-Peterburq görüşünü də sabotaj edəcəklərini, əldə edilmiş razılaşmaya məhəl qoymayaraq bu ərazilərdə möhkəmlənməyə can atacaqlarını düşünməyə əsas verir. Hər şeydən göründüyü kimi, Sankt-Peterburq razılaşması ermənilərə toparlanmağa vaxt qazanmaq üçün lazım idi və havadarları ona belə bir imkanı yaratdılar. Üçüncü, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin erməni mətbuatına müsahibəsində dedikləri də, həmsədr dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətlərinin qətiyyən dəyişmədiyini göstərir. Ceyms Uorlik deyib ki: “Dağlıq Qarabağ xalqının (?) mövqeyi vacibdir. Ona görə də həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə mütəmadi olaraq görüşür. Biz hərtərəfli  həlli çərçivəsində Dağlıq Qarabağın xalqının səsini təmin etməliyik”. Bu, Dağlıq Qarabağın Azərbaycandan ayrılması demək deyilmi? Dağlıq Qarabağ münaqişəsinin başlanğıcı və sonu görünməyən və işğalın hələ üzün müddət davam edəcəyinə “təminat verən” “5+2 formulu” üzrə həllinə dair razılaşmanın əldə edilməsi  həmsədr dövlətlərin, xüsusilə də Rusiyanın, Azərbaycana ciddi təzyiqinin (bəlkə də şantajının) nəticəsidir. Yaranmış situasiyada Azərbaycanın  bir yolu qalır-torpaqlarımızın hərb yolu ilə azad edilməsinə daha ciddi hazırlaşmaq və yaranacaq ilk fürsətdə (ermənilərin belə fürsəti  verəcəklərinə əminəm) sürətli hücumla münaqişəyə son qoymaq!Teyyub Qənioğlu – yazarın arxivi




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler