Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu cür seferler şehilerimizin ruhuna tehqirdir”

09 Kasım 2016

10:52 am


09/11/2016 [14:50]: xeber –
“Hazırda çox əcaib bir proses gedir. Bu proses böyük bir xəyanətin başlanğıcıdır. Erməniləri illər əvvəl ilk dəfə ölkəmizə gətirməyə cəhd elədilər, ancaq döyülsək də, söyülsək də, həbsdə yatsaq da qarşısını aldıq. 2004-cü ildə ikinci dəfə erməni zabitlərini gətirmək istədilər, onda da kəskin qarşıdurma yaratdıq. O zaman da tutulduq, iş kəsdirlər, sonra buraxdılar. İndi üçüncü bir mərhələdir, gizli bir ad altında aparılır”. Bunu sayt-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. Bu günlərdə Bakıya gələn ermənilər haqqında danışan Akif Nağı daha sonra bunları qeyd edib:  “Güya ermənilər gəlib burada Azərbyacanın maraqlarına uyğun mövqe sərgiləyəcəklər. Amma onların açıqlamaları yarımçılıq açıqlamalardır, Azərbaycanın mövqeyinə, maraqlarına qətiyyən uyğun gəlmir. Bu prosesi başlamağın heç bir mənası yoxdur, şəhidlərimizin ruhuna da, bayrağımız da təhqirdir.  Qarabağın azadlığı məsələsinə də çox ağır zərbə vuran bir prosesdir. Təəssüflər olsun ki, ağlına, fikrinə hörmət etdiyimiz şəxslər də bu prosesdə iştirak edirlər. Bunu bir nəticə, böyük qələbə kimi təqdim etməyə çalışırlar”. Təşkilat sədri ermənilərin Bakıya gətirilməsini növbəti erməni oyunu kimi qiymətləndirib:“Hesab edirəm ki, bu, növbəti erməni oyunudur, ermənilər Bakıya girmək, buradakı münasibətlərini normallaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə ediblər. İndi isə daha incə formaya əl atıblar. Ona görə də bunların qarşısı mütləq alınmalıdır. Heç bir halda ermənilərin Azərbaycana girməsinə yol vermək olmaz. Qarabağ Azadlıq Təşkilatı olaraq prosesi yaxından izləyirik, görürük ki, cəmiyyətdə eyforiya vəziyyətindədir. Gözləyirik ki, cəmiyyət bu eyforiya vəziyyətindən nə zaman çıxacaq. Ermənilərə nə qədər inanmaq olar axı. Ermənilər müxtəlif illərdə dəfələrlə azərbaycanlılara divan tutublar, sonra yenə barışıblar. Ona görə də hazırkı proses mütləq dayandırılmalıdır. Torpaqlarımız hərbi yolla işğaldan azad edilməlidir, bu proseslər də ona yönəldilməlidir. Bu cür tədbirlər, səfərlər torpaqlarımızın işğaldan azad olunmasına xidmət etmir”.Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler