Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu cür hörmetsizliyi nece etmek olar?”

05 Kasım 2016

10:40 am


05/11/2016 [14:37]: xeber –
Türkiyədə efirlərində dəfələrlə Azərbaycan bəstəkar mahnıları “anonim” kimi göstərilib. Dünən də analoji hadisə yenidən baş verdi. Bəstəkar Aygün Səmədzadənin “Tut ağacı” mahnısının müəllifi   göstərilmədi. Sözləri Zakirə Allahverdiyevaya aid olan mahnı məşhur “O səs Türkiyə” yarışmasında səslənib. Bir çox mahı mətnlərinin müəllifi, şairə Kəmalə Abıyeva sayt saytına açıqlamasında bu cür hadisələrə Mədəniyyət və Turizm Nazirliyinin reaksiya verməsinin vacibliyini vurğulayıb:“Bu kimi hallara normal baxmıram. Bu sənət əsəridi. Bunun yaradıcısı var. Mütləq deyilməlidi. İndi internet dövrüdü, mahnı müəlliflərinin kim olduğunu öyrənmək də çətin deyil. Qardaş ölkə deyirik, onlar bu məsələdə daha diqqətli olmalıdı. Hətta bizim mahnıları başqa xalqlar anonim kimi oxuyanda etiraz etməlidilər. Amma özləri tez-tez mahnılarımızı “anonim” kimi verirlər. Xalq mahnılarımızı da anonim adıyla oxuyurlar. Halbuki, “Azərbaycan xalq mahnısı” yazılmalıdır. Oxuyanların, ifa edənlərin özləri də sənət adamlarıdı. Başqasına qarşı belə hörmətsizliyi necə etmək olar? Məncə, Mədəniyyət Nazirliyi bu məsələ ilə ciddi məşğul olmalıdı. Bunun bir səbəbi də, aparıcıların, ya öz müğənnilərimizin müəllifləri çox zaman qeyd etməməsidir.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler