Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu çox edebsiz bir düşüncedir” – Rüstem Behrudi Fikret Qocaya sert cavab verdi…

13 Eylül 2016

8:16 pm


14/09/2016 [00:13]: xeber –
Dünən Yazıçılar Birliyindən istefa verməklə gündəmə damğasını vuran ünlü şair Rüstəm Behrudi adıçəkilən qurumun birinci katibi Fikrət Qocanın sayt-dakı açıqlamasına kəskin cavab verib:Fikrət Qocanın həmin açıqlamasını bu linkdən oxumaq olar—  moderator.az/news/151270.html”Çox dəyərli Fikrət Qoça! Biz körmüşük ki, insan ahıl yaşında kamilləşər, müdrükləşər. Ançaq sizin nənim AYB-dən istefa verməyimlə bağlı açıqlamanız bu fikrimi alt-üst elədi.Və sizə cavab vermək məcburətində qadım.Yadınızdadırsa, 1996-cı ildə mərhum prezident H.Əliyevlə gənc yazarların görüşündə dünya təcrübəsinə əsaslanaraq demişdim ki, belə bir təşkilata ehtiyac yoxdu. Çünkü dövlət təminatı altında olan istənilən yaradıcı təşkilat müstəqil ola bilməz! Mən yenə də o fikrimdə qalıram.Qaldı sizin açıqlamanıza, açıqlamanız siz yaşda olan bir qələm adamının səviyyəsinə uyğun deyil.Mənim istefa verməyim də ad günü məsələsi yox,YB mənə münasibətidi..Siz yəyqin o yazarların doğum günlərini təbrik eləyirsiniz ki,gəlib qapınızda boyun büksünlər və özlərini sizə xatırlatsınlar. Bu çox ədəbsiz bir düşüncədir. Ağlı başında olan adam bu cür açıqlama verə bilməz!Bu günkü açıqlamanızdan hiss elədim ki,siz həyatınızda bircə dəfə də özü ilə körüşməyən adamsınız.Belə olmasaydı,ən azından xatırlamalıydınız ki,o bir cür müğənniciklərin oxuduğu mahnıların əksəriyyətinin müəllifi sizsiniz.Qaldı adını gündəmə gətirmək məsələsinə.Əgər,vicdanlı və məsuliyyətli bir ədəbiyyat adamı olsaydınız,bilərdiniz ki, 40 ildir ki,ömrünü-gününü hayküy salmadan,vicdanla,ləyaqətlə ədəbiyyata həsr eləmiş ,hələ gənc yaşlarında şerləri Türkdilli xalqlar arasında dillər əzbəri olan,kitabları xarici dillərə çevrilən bir şairin gündəmdə qalmaq problemi ola bilməz.Mən sizin açıqlamanızı qeyri-səmimi,həqiqətdən uzaq bir şey hesab eləyirəm.Çox hörmətli,Fikrət Qoca!Azərbaycan ədəbiyyatı AYB-dən ibarət deyil.Böyük ədəbiyyatı təkbaşına olan adamlar yaradır”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler