Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu cinayet töretmiş şexslere ikili standartlarla yanaşma terzinin tezahürüdür”

22 Haziran 2016

9:44 am


22/06/2016 [13:40]: xeber –
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb. Hökmə əsasən, təqsirləndirilən Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib. Hüquqşunas Namizəd Səfərov sayt – a açıqlamasında bildirdi ki, bu cinayət törətmiş şəxslərə ikili standartla yanaşmanın təzahürüdür:“Bu sadəcə Azərbaycanda cinayət törətmiş şəxslərə ikili standartlarla yanaşma tərzinin təzahürüdür. Bu şəxsə qarşı irəli sürülmüş bütün ittihamlar qüvvədə olaraq saxlanılıb. Lakin özünü ağıllı apardığına və şəxsi xidmətləri nəzərə alınaraq həbsdən azad olunub. Hal – hazırda qadınlar kolonunda Solmaz Nəsirova, Faizə Məlikova, Həqiqət Baxışova, Esmira Əliyeva və qeyriləri daxil olmaqla 10 nəfər azərbaycanlı qadın ümumilikdə bankdan 30 min manat kredit götürüb, vaxtında qaytarmadıqlarına görə dələduzluqda ittiham olunaraq hər biri 8-10 il arası azadlıqdan məhrum edilmişlər. Bu qadınlar vurulmuş “ziyanı” da ödəmələrinə baxmayaraq 5 ilə yaxındır ki, həbsdədirlər.Onların guya dələduzluq etdikləri məbləğın həcmi Rəşad Məmmədov və Gülər Əhmədovanın ittihamına salınmış mənimsəmə məbləğındən yüzlərlə dəfə azdır. Lakin sonuncular azadlıqda, bu binəva qadınlar isə hələ də həbsdədirlər.”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler