Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu, bayramda gözüyaşlı analara en böyük hediyye ola biler” 

12 Eylül 2016

11:44 am


12/09/2016 [15:42]: xeber –
Bu gün Qurban bayramına Mehriban Zeynalovanın rəhbərlik etdiyi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyininin ailədaxili zorakılığın qurban olmuş qadınlar üçün yaratdığı sığınacağı ziyarətlə başladıq. Məqsədimiz böyük acılarla üzləşmiş qadınların bayramını təbrik etmək idi. Amma təxminən 2 saat həmin qadınlarla müzakirələr apardıq. Hər bir qadının, hər bir ananın taleyi o qədər problemlərlə doludur ki, dəstək etmək üçün haradan başlayacağını müəyyən etmək elə də asan deyil. İnşallah əlimizdən gələn dəstəyi edəcəyimizə, özəlliklə anaları ilə bərabər bu mərkəzə sığınmaq zorunda qalan qızların məktəbə gedə bilməsi üçün Təhsil Nazirliyi ilə danışıb, kömək etmələrini xahiş edəcəcəyik. Bir sıra məsələləri qeyd etdik və Mehriban xanımla, mərkəzin əməkdaşları ilə bərabər onların həlli üçün əlimizdən gələni edəcəyik. Nə yaxşı ki belə mərkəz var. Çünki bəzi qadınlar buraya gələnə qədər 2-3 gün çöldə qalmalı olduqlarını, bəzilərinin intihar belə etmək istəmələrini eşidəndə insan dəhşətə gəlir. Mehriban xanım və mərkəzin əməkdaşları sağolsunlar. Əllərindən gələn dəstəyi edirlər. Bu cür qadınlara, onlara dəstək olan qurumlara dövlət qurumlarımızın dəstəyi daha da artırılmalıdır. Amma bu qadınlar üçün əsl bayram sevincini ailələri yaşada bilər. Özəlliklə övladlarını görmək həsrəti ilə yaşayan qadınların ailələrinə səslənirəm,  həyatda hər bir şey ola bilər, amma övladları ana ilə üz-üzə qoymayın, onların görüşünə icazə verin. Bu, bayram günündə gözüyaşlı analara ən böyük hədiyyə ola bilər. Alkoqolizmə düçar olub ailəsini pərişan edənlər, bu gün ata həsrəti ilə yolunuzu gözləyən övladlarınızın gözlərinə sadəcə bir dəfə diqqətlə baxsanız, sizi məhv edən o düşmənə əlvida deməyə güc tapa bilərsiniz. Öz günahlarına xanımını alət edib, sonra onu çöllərə atanlar, sizə isə deyəcək sözüm yoxdur. Sizin layiq olduğunuzu Allah versin. Bir qadının kimsəsizliyindən istifadə edib, maddi çıxarları üçün onu taleyin ümidinə buraxanlar, İlahi ədaləti unutmayın. Etdiyi xətalarına görə qızından, həyat yoldaşından, gəlinindən imtina edənlər, həyatda hər kəs xəta edə bilər. Yaxşı o insandır ki, bir insana xətalarını düzəldə bilmək üçün şans versin. Daha çox sözlər də söyləmək istərdim. Qəlbimdən sanki bir daş asılıb oradan çıxandan sonra. Özəlliklə, uşaqların gözlərindəki kədər insanı çox üzür. Ümid edirəm ki, bu ailələrdən yaxın günlərdə sevindirici xəbərlər ala biləcəyik. Hər halda buna ümid edirəm. Ailəsini itirmiş yaşlı bir qadını qızının gəlib tapmasına və aparmasına isə çox sevindim. Nə qədər yaxşı şərait olursa-olsun insana heç bir şey öz evinin əvəzini verə bilməz. Bayramınız mübarək əziz qadınlar. Bayramda qadınlarımızı bizimlə birlikdə təbrikə gedən dəyərli qardaşımız Mehmet beyə də təşəkkürlər!Qənirə Paşayeva, millət vəkili


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler