Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu, Azerbaycan keşfiyyatı qarşısında duran bir nömreli vezifedir”

27 Eylül 2016

12:48 pm


27/09/2016 [16:45]: xeber –
Ermənistandakı hərbi parad zamanı nümayiş etdirilən “İsgəndər” raketləri
Azərbaycanda ciddi müzakirələrə səbəb olmaqdadır.

Maraqlıdır, Rusiyanın Ermənistana verdiyi bu raketlərin Dağlıq
Qarabağ və ətraf rayonlarda yerləşdirilməsi ilə bağlı Azərbaycan kəşiyyatının əlində
dəqiq məlumat olarsa, o zaman həmin raketlər pilotsuz təyyarələr, dronlar və  ya dəqiq raket atəşi – nöqtə zərbələr
hesabına sıradan çıxarıla bilərmi? Azərbaycanın belə bir addım atması
mümkün  və zəruridirmi?

sayt-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev bunun Azərbaycan
ordusu və kəşfiyayt xidmətləri qarşısında duran bir nömrəli məsələ olduğunu
vurğuladı:

“Azərbaycan kəşfiyyatının qarşısında duran bir nömrəli məsələ bu
raket sistemlərinin Dağlıq Qarabağda yerləşdirilib-yerləşdirilmədiyini öyrənmək,
həmin raketlər haqqında informasiya əldə etmək olmalıdır. Bu məsələ Azərbaycanın
dövlət kimi mövcudluğu üçün ən böyük təhlükədir. Rusiyanın Ermənistana bu
raketləri verməsi hardasa başadüşüləndir. Lakin bu raketlərin Dağlıq Qarabağ ərazisində
yerləşdirilməsi yolverilməzdir. Azərbaycan ordusunun qarşısında duran ən
başlıca məsələ bu raketlərin yerini müəyyənləşdirib anındaca məhv etmək
olmalıdır. Bütün kəşfiyyat sistemləri bu raketlərin həm Ermənistan, həm də Dağlıq
Qarabağ ərazisində izlənməsinə səfərbər edilməlidir. Əgər həmin raketlərin
işğaldakı Azərbaycan ərazilərinə gətirilməsi ilə bağlı hər hansı məlumat əldə
edilərsə, dərhal həmin raketlərin məhv edilməsi üçün konkret addımlar
atılmalıdır”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler