Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bu aktyorlar Fazil Salayeve imkan vermedi ki, kinoda uğur qazansın”- MÜSAHİBƏ

04 Kasım 2016

12:20 pm


04/11/2016 [16:18]: xeber –
 Belə bir el deyimi var: “filankəsin qədri ağacı əkilməyib”.  Bu cür qədir ağacaı əkilməmiş insanlar istedadlarına, böyük potensiallarına rəğmən həyatda öz yerini tam tuta bilmir, layiqli qiymətlərini almırlar. Müsahibimiz araşdırmaçı, mədəniyyət Və incəsənət Arxivinin direktor müavini Aslan Kənanla da o insanlar barədə danışdıq. Aslan müəllimin həyatda ən böyük amalı qədri bilinməyən, lakin özünü sənət üçün, xalq üçün xərcləyən insanları ya kitablarında, ya da məqalələrində yad etməkdir. Musiqişünas, muğam bilicisi Firudin Şuşinski, qürbətin özünə qurban etdiyi ən gənc milli mücahidimiz Ceyhun Hacıbəyliyə həsr etdiyi kitablar da buna misaldır.  Beləliklə, sayt saytı üçün araşdırmaçı Aslan Kənanla qədri bilinməyən sənət adamları barəsində etdiyimiz qısa söhbəti təqdim edirik:-Aslan müəllim, sizin üçün ən bəxtsiz, qədri heç bilinməyən sənət xadimləri kimlərdi?-Komediya ustası Fazil Salayev əvəzedilməz aktyor idi. Amma qədri  bilinmədi. Fikrimcə, qədri bilinməməyinin də əsas günahkarı özü və ətrafındakı “dostları” idi. Çalışırdılar ki, Fazili gözdən salsınlar. Onlar özlərini dost kimi göstərirdilər, amma onun üstündən xətt çəkməyə hazır idilər. Ona görə də, Fazil Salayev Azərbaycan kino və teatr sahəsində tamaşaçılar tərəfindən layiqincə tanınmadı. Nə zaman ki, rejissorlardan baş rollara dəvət alırdı, onda da “dostları”nın sayəsində müxtəlif məclislərə aludə olurdu. Onsuz da, içkiyə aludəçiliyi ilə seçilən aktyoru belə məclislərlə daha da işindən soyudurdular. Rol da əlindən çıxırdı. Amma böyük aktyor idi. Mən onun bütün rollarını kənara qoyuram, bircə “Şərikli çörək” filmindəki Qırçı Məhəmmədi misal çəkirəm. Komediya aktyorunun gözlərindəki ağrı, acı nə qədər dərindi? Adam dəhşətə gəlir. Heç vaxt da əsas rolları ifa etməyib. Ölümündən əvvəl “Alma almaya bənzər” filmində Zontik Mehdi rolunda oynadı. Həmişə gözləmişəm ki, həmişə ürəyimdən keçirmişəm ki, onu kimsə xatırlasın. -Aktyor cameəsinin Fazil Salayevi çox sevdiyini düşünürdüm…-Qorkinin bir sözü var. Deyir, yazıçı yazıçını qorxuda bilməz, amma Dostoyevski məni qorxutdu. Komik aktyorlar içində də azman sənətkarları ən çox  heyrətləndirən Fazil oldu. Rəhmətlik Əliağa Ağayev deyirdi ki, məni ancaq Fazil güldürə bilir, onu görən kimi özümdən asılı olmadan gülürəm. Xatırlayırsınızsa, onlar birgə televiziya tamaşasına çəkiliblər. Orada Fazil Əliağaya deyir ki, “molla əmi, asıq (“aşiq” yox) olmuşam”. O kadra diqqətlə baxın, görəcəksiniz ki, Əliağa Ağayev özünü saxlaya bilmir, gülür. Fazil belə aktyor idi. Təəssüf ki, indi ondan heç nə qalmadı. Ona aid sənədləri bir yerə yığa bilmədik. Ailəsi arasında yaranan küskünlük sənətinə də təsir etdi.-Hansı baş rollar idi ki, onlar Fazil Salayevə yox, başqalarına qismət oldu?- O vaxt elə idi ki, rolların adı gizli saxlanırdı. Sınaq çəkilişlərinə dəvət edilirdi. Sınaq çəkilişində təsdiqlənəndən sonra Bədii Şurada rol məsələsinə baxılırdı. Bu gedib heç ora çata bilmirdi. Kinostudiyanın qabağında bir yer var idi, həmişə ora yığışardılar. Mən özüm bir çox aktyoru dəfələrlə görmüşə ki, heç ayaq üstə dayana bilmirdilər.-Başqa hansı sənət adamlarının dəyəri bilinmədi?-Mən Anatolu Qəniyevi də demək istəyərdim. Çox yaxşı səsi var idi. İndi onun oğlu Heydər Anatoluoğlu atasının yolunu davam etdirir. Gözəl sənətkar idi. Amma səs baxımından ondan aşağıda olanlar sonradan Əməkdar artist, Xalq artisti adlarını aldılar. O isə ala bilmədi. Bu nədən irəli gəlirdi? Ondan irəli gəlirdi ki, o da öz qədrini bilmədi. Bilmirəm, ona olan biganəlikdənmi, ya nədənmi, hamıdan çox soyumuşdu. -Aslan müəllim, nəinki Anatolu Qəniyev, eləcə də, bir çox dəyərli sənətkarlar fəxri adlar ala bilmirdilər. Onların uğursuzluğunu nə ilə əsaslandırmaq olar?-Sovet dövründə elə idi ki, xalq artistləri toylara getmirdilər. Onlar adətən dövlət tədbirlərində, qastrollarda çıxış edirdilər. Toya gedənlərə fəxri ad vermirilmirdi. Elə məşhur xanəndələrimiz var idi ki, uzun müddət Xalq artisti fəxri adını ala bilmədilər. Çoxusu Bakı kəndlərində, başqa yerlərdə tez-tez toylara gedirdilər. Hacıbaba Hüseynov kimi sənətkar çox gec yaşlarında fəxri ad aldı. Deməyim odur ki, sovet dövründə çox şeyə fikir verirdilər. Fəxri ad almağın çox çətin kriteriyaları var idi.Hər adam ala bilmirdi. -Amma bu kriteriyalarla bərabər, sənətdə öz sözünü demiş insanların dayağı da lazım idi. Sənətdə başqasına dayaq olan inşaları sizcə, yetərincə idimi?-Yadıma gəlir ki, Dövlət Televiziyasında xanəndə Elnarə Abdullayevanın çıxışı var idi. Muğamların mahir bilicisi, musiqişünas Firudin Şuşinksi də ora gəlmişdi. O zaman  gənc olan müğənnini dinləyirdi. Elnarə oxuyub qurtarandan sonra Firudin Şuşinskidən soruşdular ki, necə oxudu? Dedi ki, çox yaxşı oxudu, xoşuma gəldi. Ona deyin ki, məndə Cabbarın (söhbətin bu yerində müsahibimiz söhbətin Cababr Qaryağdıoğlu, yaxud xanəndə Seyid Şuşinksidən getdiyini dəqiq xatırlamır) dəfi var, ona bağışlayacağam. Amma sonra bilmədim, bağışladı, ya yox. Bunlar hamısı mənim gözümün qabağındadır. Firudin kimi adamın qədri bilinmədi. Elə Alim Qasımov sənətdə  ilk addımlarını atan vaxt  ona F. Şuşinski yardımçı oldu. Müsabiqədə ən yüksək səsi Firudin vermişdi ona. -Bəs xanəndələr bir-birinə necə dayaq olurdu?-Sonradan çox məşhurlaşan və hamının sevdiyi bir xanəndə var idi ki, o oxuyanda Hacıbaba Hüseynov etiraz etmişdi ki, oxuma. Bir xanəndə də var, adını çəkməyəcəyəm, o, nazirliyin qabağında Hacıbaba ilə qarşılaşır. Deyir ki, mən də sizinlə birlikdə xaricə-qastrola gedəcəyəm. Amma Hacıbab onun getməyini istəmir.  Sonradan o adam danışırdı ki, Hacıbabnın oxuduğu, “əzizimən, barama, qara teli darama” misrası ilə başlayan musiqini onun qardaşı Hacıbabaya vermişdi. Əslində o ərəb mahnısı idi. Qardaşı da ərəbşünas olduğu üçün belə bir melodiyanı Hacıbbaya məsləhət görmüşdü. O adam da şikayət edirdi ki, Hacıbaba bu mahnının neçə il oxudu, amma bircə dəfə də qardaşımın adını çəkmədi. Amma mənim xaricə getməyimə pər vurdu. -Fuad Poladov bir neçə gün bundan əvvəl teatrdan inciyib, oranı tərk etdi. Bəs başqa hansı aktyorlar var idi ki, onları da teatr özündən küsdürmüşdü? Eşitdiyimizə görə, Musiqili komediya Teatrında bu cür hadisələr çox olurdu?-O teatrda bir aktyor var idi ki, heç kimlə yola getmirdi. Siyavuş Aslan da onunla mübahisədən sonra teatrdan incimişdi. Həmçinin Nəsibə xanım da. Amma sizə onu da deyim ki, Nəsibə xanım həmin aktyora ev verilməsi üçün özü müraciət etdi. Ondan sonra o adama ev verdilər. Ümumiyyətlə, nəsibə xanım əvəzedilməz aktrisa idi. Dünya çapında onun kimi ikinci komedist aktrisa yox idi.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler