Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu adam kaftarlarla danışır  – Fotolar

20 Eylül 2016

7:16 am


20/09/2016 [11:14]: xeber –
sayt xəbər verir ki, Türkiyədə bir heyvan baxıcısı qulluq etdiyi kaftarlarla onların səsini təqlid edərək ünsiyyət qurur. 130 növdən olan 500-dən çox heyvanın yaşadığı İzmir Təbii Həyat Parkına hər gün yüzlərlə, tətillərdə isə minlərlə adam gəlir. Ziyarətçilər parkda heyvanlar aləmini izləməklə yanaşı, insanın heyvanlarla “sevgi” dilində danışdığının şahidi olurlar. Və bunu parkda heyvan baxıcısı kimi çalışan Şərafəddin Güngör sübut edir.Parkdakı 36 baxıcıdan hər biri kimi iş günlərində heyvanları bəsləyən və onlarını baxımını edən 43 yaşlı Şərafəddin Güngör xüsusi olaraq kaftar, vaşaq, ayı və canavarların saxlanıldığı bölmələrə baxır. Güngör parkın ziyarətçilərin çox da maraq göstərmədiyi kaftarlar qalan hissəsində xüsusi sevinclə qarşılanır. Çünki o, 8 ildir baxdığı kaftarların diliylə “danışır”. Kaftarları  təqlid edərək kəsik-kəsik və ulumaya bənzər səslər çıxaran Güngörün səsini eşidən heyvanlar dərhal yerlərindən qalxıb, hasarın arxasındakı baxçaya qaçırlar.Kütahyanın Gediz mahalına bağlı Yeğinler kəndində dünyaya gələn Şərafəddin Güngör heyvanların içində böyüdüyünü deyir. Yetkinlik yaşlarında toyuq saxlamaqla məşğul olan Güngör 8 il əvvəl İzmir Təbii Həyat Parkında işə başlayıb. Könüllü olaraq kaftarlara baxıcılıq etməyi öhdəsinə götürüb. Zamanla kaftarlar haqqında məlumatlar toplayıb, bəzi yerlərdə kaftarların it kimi əhliləşdirildiyini öyrənib. Güngör bundan sonra ailəsindən daha çox kaftarlarla vaxt keçirməyə başlayıb. Bu müddətdə onların fəryadını, uşaq kimi çıxardığı səslərini öyrənib. Güngör kaftarlarla ünsiyyətinin inam və etibara söykəndiyini bildirir. Çünki həmin səsləri başqası çıxardıqda, kaftarlar heç bir reaksiya vermirlər. Heyvanların baxımını, peyvəndini edən baytarla yoldaşlıq etdiyini deyən Güngör bunları söyləyib:”Məni tanıdıqları üçün heç çətinlik çəkmirəm. Maraq göstərdiyim üçün, onlara baxdığım üçün məni sevirlər. 8 ildir kaftarlara baxıram və heç nankor deyillər. Buraya 5-6 milyon ziyarətçi gəlir. Bəzi ziyarətçilər onlara heç baxmır, aman, heç görməyim deyir, amma mən kaftarları sevirəm . Onlarla söhbətim ətrafdakıların marağını çəkir. Məndən bunu necə etdiyimi soruşurlar, amma heç kaftarlara baxmırlar. “Güngör hər gün onları qırmızı ətlə bəsləyir. O gələndən sonra  parkdakı kaftar sayı 5-dən 14-ə çatıb. Güngör heyvanların sevgisini hərəkətlərindən anladığını, kaftarların da özünə eyni səslərlə cavab verdiyini deyir, kaftarların ona zərər verə biləcəyindən heç qorxmur. Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler