Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu, ABŞ tarixinde ilk çılpaq pozlar veren birinci ledi olacaq…

04 Ekim 2016

8:36 pm


05/10/2016 [00:34]: xeber –
Amerikada prezident seçkilərinin qızgın dövrüdür, amma amerikalılar, yalnız Hillari – Tramp qarşılaşmasını deyil, həm də Trampın qalib gələcəyi halda ölkənin mümkün birinci ledisi – Melani Trampı, onun tarixini də eyni həvəslə müzakirə edirlər. sayt Amerika mətbuatına istinadən Melani Tramp haqqında məlumatları oxucuların diqqətinə çatdırır.Malanya Kvans 1970-ci ildə Yuqoslaviya Federativ Sosialist Respublikasında anadan olub. Milliyətcə sloveniyalıdır. O, Lyublyana universitetinin”Arxitektura və dizayn” ixtisasına qəbul olsa da, birinci kursdan sonra universiteti atıb və Milana gələrək 16 yaşından modellik karyerasına baş vurub. Melani 5 dil bilir: sloveniya, fransız, serb, alman, ingilis dillərini. Melani 1999-cu ildə “Allure” jurnalının modeli olarkən Trampla tanış olur. Trampla münasibətləri Melaninin artıq peşəkar model kimi Nyu-Yorkda çıxışları zaman daha da möhkəmlənir, hətta radio-şouların birində Tramp birbaşa efirdən həyatının sevgilisindən danışır. Cütlük 2004-cü ildə nişanlanır, 2005-ci ilin yanvarında isə Trampın  Floridadakı “Mara-a-Laqo” malikanəsinin sahəsi 17.000 fut olan salonunda, xeyli sayda dəvətlilərin iştirakı ilə evlənirlər.Bu, Trampın rəsmən 3-cü evliliyidir və Melani faktiki olaraq Trampı onunla evlənməyə məcbur edib. 2004-cü ildə Trampın qarşısında şərt qoyan Melani: “Ya evlənirsən, ya da mən gedirəm”-deyir. Toy günü Tramp yaxın tanışlarının birinə sualla müraciət edir: “ Doğrudan o gözəl qızdır? Mənə elə gəlir ki, səhv etmirəm”. Melani istədiyinə hərtərəfli nail olur. Əgər boşanma olarsa, Melani Trampın sərvətinin 17 faizini alacaq. Üç arvaddan olan 5 uşaq və Melani arasında bərabər olaraq 17 faiz bölünəcək. Melani toya Trampın əvvəlki arvadları –İvana və Marlanı  dəvət etsə də, onlar məşğul olduqlarını bildirərək ziyafətə gəlməyiblər.Melaninin vanna otağında bütün əşyalar qızıldandı. Melani model kimi dəfələrlə “Həvvanın libası”nda şəkillər çəkdirib, onların ən maraqlısı 7 aylıq hamilə vaxtı qızıl bikinidə çəkdirdiyi fotodur. Əgər Tramp prezident olarsa, bu, ABŞ tarixində ilk çılpaq pozlar verən birinci ledi olacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler