Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bu 3 rayonun bir hissesini azad etdik – İlham Əliyev

26 Haziran 2016

5:32 am


26/06/2016 [09:30]: xeber –
Uzun illərdir ki, torpaqlarımız işğal altındadır. Əfsuslar olsun ki, beynəlxalq hüququn norma və prinsipləri Ermənistan tərəfindən kobudcasına pozulur, beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar, qətnamələr icra edilmir, kağız üzərində qalır və beynəlxalq hüquq əslində işləmir. Belə olan halda, əlbəttə ki, biz hərbi gücümüzü daha da artırmalıyıq. Bununla bərabər, əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün diplomatik və siyasi səylərimizi davam etdirəcəyik. sayt xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 25-də hərbçilərlə görüşdə bildirib. Dövlətimizin başçısı deyib: “Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün aprel ayında bizə qarşı silahlı təxribata əl atdı. Bizim mövqelərimiz atəş altına düşdü. Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi və 6 mülki şəxs erməni təxribatı nəticəsində həlak oldu. Hərbçilərimiz həlak oldular, yaralandılar. Təbii ki, Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri, – mən bunu artıq demişəm, – tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaqdır. Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərib, işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıbdır. Əminəm ki, bu hadisələr həm Ermənistana, həm də bu məsələ ilə məşğul olanlara ciddi siqnal oldu”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler