Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Britaniyanın növbeti baş naziri qadın olacaq…

07 Temmuz 2016

4:48 pm


07/07/2016 [20:44]: xeber –
Mühafizəkarlar pstiyasının başçısı və Böyük Britaniyanın baş naziri 26 il sonra yenidən qadın olacaq.sayt TASS-a istinadən xəbər verir ki, bunu partiyanın seçimi üzrə kampaniyanın iki finalçısını müəyyənləşdirməli olan mühafizəkar-deputatların  səsverməsinin bu gün baş tutmuş ikinci mərhələsinin nəticələri göstərib.Nəticədə bu iki nəfər DİN-in başçısı Tereza Mey və Energetika və iqlimin dəyişməsi nazirliyinin başçısının müavini Andrea Lidsom olublar.Mey həmpartiyaçılarının 199, Lidsom isə 84 səsini toplayıb. Torilərin hazırda hakimiyyətdə olduğu nəzərə alınsa, söhbət yalnız partiya rəhbərinin yerindən deyil, həm də Birləşmiş krallığın baş nazir postundan gedir. İndi partiya və dövlət başçısının taleyini artıq İcmalar palatasında torilər fraksiyasının  331 deputatı deyil, Mühafizəkarlar partiyasının poçt vasitəsilə səs verəcək 150 min üzvü həll edəcək. Yeni hökumət başçısının adı sentyabrın 9-dək səsləndirilməlidir.Seçkilər hazırkı baş nazir Devid Kemeronun 23 iyun referendumunda britaniyalıların 51,9%-nin ölkənin AŞ tərkibindən çıxması lehinə səs verməsinin səhərisi gün istefa verdiyini bəyan etməsi ilə bağlı lazım olub.  Kemeronun özü Böyük Britaniyanın Avropa Şurası tərkibində qalması lehinə təbliğat aparırdı.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler