Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Brekzit uğurunun” uğursuzluğu

30 Haziran 2016

6:04 am


30/06/2016 [10:03]: xeber –
Bütün gözləntilərin əksinə olaraq Böyük Britaniyada keçirilən referendum “Brexit”i dəstəklədi. Seçicilərin 52 faizi Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına səs verdi. Səsvermənin sabahı günü səhər saatlarından etibarən Londonun müxtəlif məhəllələrində  toplaşan siyasi partiya liderləri – “Brexit”-in tərəfdarları və əleyhdarları özlərinin sevinc və məyusluq hisslərini açıq –aşkar nümayiş etdirirdilər. İfrat sağçıları və millətçiləri təmsil edən, son 17 il ərzində dayanmadan ölkəsinin Avropa Birliyindən çıxmasını təbliğ edən UKİP lideri Naycel Farac toplaşanlara 23 iyun tarixini Böyük Britaniyanın müstəqillik günü kimi yadda saxlamağı tövsiyyə edirdi.  Az sonra partiya tərəfdaşları ilə keçirdiyi görüşdə isə göz yaşlarını kameralar qarşısında xüsusi həvəslə nümayiş etdirən Naycel Farac  yəqin ki,britaniyalıların taleyindən daha çox gələcək seçkilər üçün elektoratını genişləndirə bildiyini düşünürdü. N.Faracın davranışı və onun axıtdığı sevinc göz yaşları belə bir təsəvvür yaradırdı ki, dəstəklədiyi  siyasi avantürizmin belə asanlıqla uğur qazanacağına heç özü də inanmırmış.Günortaya yaxın bütün vətəndaşların səbirsizliklə gözlədiyi Baş Nazir Devid Kemeron da məşhur Daun street,10 ünvanında kameralar qarşısında göründü. 2010-cu ildə hakimiyyətə gəlməzdən əvvəl Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı əlaqələrə yenidən baxılmasının vacibliyini önə çəkən  Devid Kemeron müzakirələrin getdiyi son 4 ayda yaxınlaşan təhlükəni hiss edərək artıq İttifaqda qalmağın vacibliyini təbliğ edirdi. Lakin bütün cəhdlər uğursuz oldu, “daldan atılan daş…” məntiqi özünü bir daha doğrultdu. Hakimiyyətdə olduğu 6 il ərzində davamlı olaraq  AB təsisatları ilə siyasi alver etməyə vərdiş etmiş Baş nazir Kemeron öz ölkəsini  Avropa İttifaqının ən imtiyazlı üzvünə çevirməyə nail olsa da, sonda “su çanağı suda sınar” məntiqi qalib gəldi. Avropa İttifaqı ilə apardığı bütün təzyiq və şantaj siyasəti onun özünə baha başa gəldi və siyasi olimpdə qalmağın Britaniya centlemeninin davranış kodeksinə uyğun gəlməyəcəyini anlayan Kemeron istefa verməli oldu.Inamsızlıq və qeyri-müəyyənlik içində şaşırmış insanlar arasında  “Brexit”in uğurunu Apokalipsis və zəlzələ adlandıranlar da var.Lakin referendum hələ İttifaqdan çıxmaq üçün əsas deyil, onun nəticələri ölkə parlamentində təsdiq olunmalıdır. Son ümidini parlamentin qərarına bağlayan britaniyalılar  küçələrə axışaraq Britaniyanı Aİ-da qalmağa çağıran  Petisiyaya imza toplamağa başladılar. Cəmi bir sutka ərzində Petisiyaya imza atanların sayı 2 milyonu keçdi.Avropa liderlərinin Böyük Britaniyadan dərhal müvafiq  prosedurlara başlamağı tələb etməsi Britaniya cəmiyyətində referendumun doğurduğu həyəcanı daha da artırır. Bu arada həm Şotlandiyada və həm də Şimali İrlandiyada yerli hökümətlərin başçıları Birləşmiş Krallığın tərkibindən çıxmaq və müstəqil şəkildə Avropa İttifaqına üzv olmaq haqqında öz referendumlarını keçirmək təşəbbüsü ilə çıxış edirlər.Vətəndaşlarının çox hissəsinin Böyük Britaniyanın İttifaqda qalmasını dəstəkləmiş Şotlandiya və Şimali İrlandiya referendumun nəticələrinə görə haqlı olaraq  mərkəzi hakimiyyəti günahlandıırır və Londona təzyiqlərini artırırlar.Yüzilliklər ərzində Birləşmiş Krallığın tərkibində mövcud olmuş, zaman-zaman müstəqillik tələbi ilə çıxış etmələrinə baxmayaraq   heç zaman buna nail ola bilməmiş şotlandlar və irlandlar bu gün öz məqsədlərinə həmişə olduğundan daha yaxın görünürlər. Maraqlı olan isə Londonda “Brexit”i dəstəkləməyə çağıran siyasi liderlərin hadisələrin bu istiqamətdə inkişafını – yəni ölkənin parçalanmaq təhlükəsini öncədən ehtimal etməməsidir. Axı cəmi bir il öncə Şotlandiyanın sabiq hökümət başçısı Aleks Salmondun təşəbbüsü ilə keçirilən referendumda əhalinin 50 faizə yaxını Birləşmiş Krallığın tərkibindən çıxmaqla Şotlandiyanın müstəlliyinə səs vermişdi. O zaman səsvermə ərəfəsində Londonun yüksək çinli məmurları – Kemeron hökümətinin ağır çəkili nazirləri  həftələrlə Şotlandiyadan çıxmadan Birləşmiş Krallığın bütövlüyünü qoruyub saxlamaq üçün təbliğat aparırdılar. Nəticədə London bütün mümkün olan və olmayan güzəştlərə getməklə cüzi səs fərqi ilə  Şotlandiyanı Böyük Britaniyanın tərkibində saxlaya bilmişdi. İndi isə Şotlandiyanı öz tərkibində saxlamaq üçün Londonun əlində əlavə imtiyaz resursları tükənib. Müstəqillik refrebndumunun yenidən keçiriləcəyi halda Şotlandiyanın doğrudan da Birləşmiş Krallıqdan ayrılmaq ehtimalı çox yüksəkdir. Şimali İrlandiyada da vəziyyət xoşagələn deyil. Şimali İrlandiyada müstəqillik uğrunda mübarizə aparan milliyətçi qüvvələr yenidən siyasi gündəmi öz nəzarətinə almağa çalışır və Sinn Fein hərəkatının rəhbərləri Şimali İrlandiyanın İrlandiya Respublikasına birləşməsini hədəfləyən referendumun keçirilməsini tələb edirlər. Əslində bu da gözlənilən idi. Birləşmiş Krallıqdan ayrılmaq və Şimali İrlandiya ilə birləşməyi qarşısına məqsəd qoymuş siyasətçilər və bu hərəkatın hərbi qanadını təşkil edənİrlandiya Respublika Ordusuonilliklər ərzindəmüstəqillik savaşını sürdürürdülər. Hələ 1905-ci yaradılmış Sinn Fein hərəkatı hal-hazırda Şimali İrlandiyada ikinci böyük siyasi partiyadır və Böyük Britaniyada irlandların və şotlandların, İspaniyada isə Kataloniyanın separatizm hərəkatını dəstəkləyir. Bu günkü vəziyyət onlara da öz müstəqilliyini əldə etmək üçün ən əlverişli imkan kimi görünür və irlandların bu imkandan yararlanmaması təəccüblü olardı. Daha çox təəccüb doğuran isə Kemeron hökümətində“Brexit”i dəstəkləməyə çağıran siyasətçilərin bütün bunları öncədən görə  bilməməsi və ya görərək biganə qalmasıdır.Bütün bunlar ölkə daxilində fəallaşmış dezinteqrasiya proseslərinin ilk görüntüləridirvə Londonun bu təzyiqlər qarşısında davam gətirə bilməsi və ölkənin bütövlüyünü qoruyub saxlamaya bilməsi çox müşkül görünür. Lakin problemlər bununla bitmir. Avropa İttifaqının liderləri də Londona təzyiqlərini artırır və Böyük Britaniyanın bu günədək İttifaqla münasibətlərində mövcud olan imtiyazlardan məhrum olacağını qaçılmaz hesab edirlər. Doğrudan da, Britaniya vaxtaşırı olaraq birlikdən çıxmaqla Aİ təsisatlarını təhdid etmış və nəticədəbirlik üzvləri arasında ən çox imtiyazlara yiyələnmiş ərköyün dövlətdir. Belə bir üzv-dövlətin Birliyi tərk etməsi digər üzvlərin də tərəddüd etməsinə səbəb olar, İttifaqın uğurlu gələcəyinə inamı zəiflədə bilər və daha təhlükəlisi isə xoşagəlməz presedent yardada bilər. Bunun əlamətləri isə artıq görünməkdədir. Fransa millətçilərini təmsil edən Xalq Cəbhəsinin lideri Marion Lö Pen “Brexit” uğurundan ruhlanaraqartıq “Frexit” terminini siyasi gündəmə gətirmək təşəbbüsündə bulunur. Bu kimi təşəbbüslər dünya siyasi sisteminin ən mütərəqqi  hadisəsi sayılan Avropa Birliyi kimi unikal bir təsisatın siyasi dayaqlarını sarsıda bilər.Bütün bunları yaxşı anlayan avropasentristlər İttifaqı tərk edən Böyük Britaniyanınİttifaq üzvləri ilə iqtisadi münasibətlərində korrektivlərin dərhal edilməsini zəruri hesab edirlər. Avropa İttifaqının Nizamnaməsi bütün Birlik ərazisində vətəndaşların sərbəst hərəkətini, əmtəənin və kapitalın sərbəst dövriyyəsini nəzərdə tutur. Belə bir qarşılıqlı münasibətlər sistemi İttifaqa üzv olmayan dövlətlərin istehsal etdiyi mal və məhsulların Birlik ərazisinə rəqabətədavamlı qiymətlərlə idxal olunmasını əngəlləyir ki, bu da öz növbəsində İttifaq üzvlərinin istehsal etdiyi məhsullar üçün daha əlverişli bazar imkanları yaradır. Bu imkanlardan məhrum olması Böyük Britaniya şirkətlərinin Avropa bazarına yolunu bağlamaqla onların ixrac imkanlarını nəzərəçarpacaq dərəcədə azaldacaq. Nəticədə böyük Avropa bazarına hesablanmış irimiqyaslı istehsal müəssisələrinin zəifləməsi və hətta iflasa uğraması, çox saylı  iş yerlərinin itirilməsi, milli valyutanın zəifləməsi kimi fəsadlar ölkəni siyasi və iqtisadi böhran vəziyyətinə gətirib çıxara bilər.Bu kimi hadisələrin reallaşması Böyük Britaniyanın Birlikdən çıxma prosedurlarının həyata keçirilməsi ilə paralel olaraq baş verəcək. Bütün bunların baş verməsi isə Birləşmiş Krallığa yaxşı heç nə vəd etmir.“Brexit”-in uğuru birdən-birə uğursuzluqların başlanğıcı kimi görünməyə başlayır.Bu gün britaniyalıları düşündürən suallar çoxdur. Tərkibində İngiltərəni, Şotlandiyanı, Uelsi vəŞimali İrlandiyanı birləşdirən Böyük Britaniya “Brexit”dən sonra öz böyüklüyünü qoruyub saxlaya biləcəkmi?“Brexit” Böyük Britaniya üçün siyasi zəlzələ effekti yaratdı. Bəzənzəlzələnin ardınca gələn avtoşoklar daha dağıdıcı və daha sarsıdıcı ola bilir. Zəlzələ stressindən ayılmağa hələ macal tapmamış Böyük Britaniya gözlənilənsiyasi “avtoşoklara” davam gətirə biləcəkmi? “Ziyanın yarısından qayıtmaq da xeiyrdir” düşüncəsi ilə hərəkət edərək Avropa ailəsinə qayıtmaq London üçün nicat yolu ola bilərmi?“Brexit”in uğuru Avropa Birliyi qarşısında da az suallar yaratmır. Bu suallar ilk növbədə“demokratiya”, “insan haqları” və “ədalət” kimi məsələlərdə Birliyin tez-tez nümayiş etdirdiyi qeyri-səmimiyyətlə, dünyanın müxtəlif ölkələrinə və xalqlarına qarşı münasibətlərdə ikili standartlarda çıxış etməsi ilə və eləcə dəAvropa təsisatlarında bürokratikləşmənin get-gedə  dərinləşməsi ilə bağlıdır. Bu kimi suallara birmənalı doğru cavab vermək hal-hazırda çox çətin görünür. Nə Britaniyalılar, nə hələlik Devd Kemeronun rəhbərlik etdiyi hökümət, nə də Avropa Birliyinin özü bu suallara cavab vermək iqtidarındadır.  Belə görünür ki, bu çətin sualların cavabını Əlahəzrət Zaman verəcək.Cavanşir FeyziyevMillət vəkili, fəlsəfə doktoru




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler