Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

BP-nin sifariş etdiyi gemi növbeti il hazır olacaq

22 Temmuz 2016

6:04 am


22/07/2016 [10:00]: xeber –
Qaradağ Sənaye Parkının rezidenti olan “Bakı Gəmiqayırma Zavodu” MMC müxtəlif təyinatlı gəmilərin tikintisini və təmirini həyata keçirir.“Bakı Gəmiqayırma Zavodu”nda ildə 15 min ton yükgötürmə qabiliyyəti olan 4 və ya 70 min ton yükgötürmə qabiliyyəti olan 2 tanker və 4 özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkündür.Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev keçirilən kollegiya iclasında çıxışı zamanı deyib. “İndiyədək müəssisədə 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisi tikilmiş, hər biri 80 sərnişin tutumuna malik 3 sərnişin gəmisinin inşası başa çatdırılıb. Zavodun ən böyük sifarişi isə “BP” şirkəti üçün ümumi dəyəri 378 milyon ABŞ dolları olan “Xankəndi” Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir. Gəminin tikintisinin 2017-ci ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur”, – deyə nazir qeyd edib. Onun sözlərinə görə, bu günədək zavodda 73 gəminin təmiri aparılıb. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler