Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Böyüyen baş, şille vuran qol – dünyanın qeyri-adi xestelikleri – VİDEO

20 Ağustos 2016

1:00 pm


20/08/2016 [16:56]: xeber –
Deyirlər “dərd varsa, dərmanı da var”. Amma elə dərdlər də var ki, onların dərmanı yoxdur. Bəlkə də var, amma müasir elm hələ bu xəstəliklərin səbəbini və onların müalicə üsullarını tapa bilməyib. Bunlar insanların bədən orqanlarının böyüməsi, qeyri-adi vəziyyətə düşməsi ilə bağlıdır. sayt dünyanın ən təhlükəli və qeyri-adi xəstəliklərini təqdim edir: “Porfiria” – vampir xəstəliyi də adlandırılır. Bu xəstəliyə yoluxmuş insanların dərisi Günəş işığına ifrat dərəcədə həssas olur. Kiçik gün işığı belə dəridə təhlükəli yanmalara və ləkələrə səbəb olur.    “Proteus” xəstəliyindən əziyyət çəkən insanların üzünün bir hissəsi həddən artıq böyüyür. Bu anormallığın qarşısını almaq mümkün olmur. Nəticədə insanın sifəti çox pis vəziyyətə düşür. “Progeria” – 80 yaşlı “uşaq” xəstəliyi kimi də adlandırılır. Bu nadir xəstəlik uşaqların qısa zamanda qocalaraq simalarının qocalar kimi görünməsi ilə nəticələnir. “Elefantiyazis” –“Fil xəstəliyi”, və ya “Fil adam” sindromu da adlandırılır. Əsasən tropik iqlimə malik ölkələrdə insanlara heyvanlar tərəfindən yoluxdurulur.Devid Linçin məşhur filmlərindən biri bu xəstəlik barəsindədir. “Hematidrosis” – başqa sözlə desək, qan ağlama xəstəliyi. Bu xəstəlik gözdən qanın axması ilə müşahidə edilir. Xatırlayırsınızsa, iki il əvvəl Göyçay rayonunda azyaşlılardan birinin gözlərindən qan axırdı.    “Sirenomelia” – ona  “dəniz qızı” sindromu da deyilir. Bu xəstəliklə doğulan uşaqlar dünyaya ayaqları bitişik formada gəlirlər. “F.O.P” xəstəliyi – insanın bədəninin əyilməsi ilə müşahidə edilir. “Esthesioneuroblastoma (ENB)” da nadir rast gəlinən xəstəliklərdəndir. Fransada bu xəstəliyə yoluxmuş 53 yaşlı qadın hətta kömək üçün ölkə başçısına da müraciət etmişdi. Amma onun dərdinə əlac tapan olmadı.     “Alien hand” sindromu – bu xəstəlikdən əziyyət çəkən insanlar qollarından birini idarə edə bilmirlər. Həmin qol və ya əl öz-özünə, insanın iradəsindən kənar olaraq hərəkət edir. Xəstə isə əlini, ya da qolunu dayandıra bilmir.  “Cotard” sindromu – bu xəstəlikdən əziyyət çəkənlər özlərini ölmüş hesab edirlər. Onlara elə gəlir ki, dünyadan köçüblər və bədənləri çürüyüb gedir. “Baloncuq” xəstəliyi insanın dərisində qabarmaların meydana gəlməsi ilə müşayiət olunur. Qabarmalar tədricən bədənin bütün yerlərinə yayılır. “Akromegali”, yaxud böyümə xəstəliyi. İnsanın qollarının, yaxud ayaqlarının, üzünün böyüməsi bu xəstəliyin əlamətlərindən xəbər verir. /Publika.az/


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler