Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Böyük Britaniya ve Cenubi Koreya ile herbi emekdaşlıq ölkemize ne ved edir?

10 Eylül 2016

10:16 am


10/09/2016 [14:12]: xeber –
Son
vaxtlar Azərbaycanla Böyük Britaniya və Cənubi Koreya arasında hərbi əməkdaşlıqla
bağlı müzakirələr aparılmaqdadır. Maraqlıdır, istər iqtisadi, istərsə də hərbi
gücünə görə dünyanın öndə gedən dövlətlərindən olan hər iki ölkə ilə hərbi əməkdaşlıq
Azərbaycan Silahlı Qüvvələrinə nə vəd edir? Əgər belə bir əməkdaşlıq praktiki şəkildə
reallaşarsa, bu, ölkəmizin hərbi qüdrətinin daha da artması, ordumuzun hazırlıq
səviyyəsinin daha da yüksəlməsi baxımından hansı imkanlar açacaq?

sayt-a
açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert
Üzeyir Cəfərov Böyük Britaniya və Cənubi Koreya ilə hərbi əməkdaşlığın Azərbaycan
üçün əhəmiyyətli olduğunu vurğuladı:

“Azərbaycan
Respublikasının Hərbi Dəniz Qüvvələri komandanının rəhbərlik etdiyi nümayəndə
heyəti Koreya Respublikasının Hərbi Dəniz Qüvvələri Baş komandanının dəvəti ilə
Koreya Respublikasına işçi səfər edib. 2016-cı il üçün Azərbaycan
Silahlı Qüvvələri ilə dünyanın bir sıra ölkələri arasında hərbi, hərbi-texniki əlaqələrin
yaradılması istiqamətində konkret tədbirlər planı mövcuddur. Onlardan biri də
Azərbaycan ilə Böyük Britaniya müdafiə nazirləri səviyyəsində ilk dəfə olaraq təşkil
olunan rəsmi görüş idi ki, bu da ötən günlərdə baş tutdu. Bu görüş ilk dəfə idi
ki, belə bir səviyyədə
təşkil olunurdu ki, bu da sözsüz ki, Azərbaycan üçün çox önəmlidir. Nəzərə
alsaq ki, bizim istər istisadi, siyasi və mədəni əlaqələrimizin kifayət qədər
güclü olduğu ölkələrdən biri də, Böyük Britaniya Krallığıdır ki, son vaxtlar
onlarla da hərbi sahədə münasibətlərin inkişaf etdirilməsi məsələləri aktual
xarakter alıb. Münasibətlərin daha yeni fazaya keçməsini sübut edən məqamlardan
biri də, tərəflər arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair geniş
fikir mübadiləsi aparılmasını və əməkdaşlığın gələcək perspektivlərini müzakirə
etmək üçün Londona məhz müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsən
getməsi idi ki, bildiyim qədər səfər çox uğurlu alınıb. Münasibətlərin gələcək
perspektivləri müzakirə edilib və yaxın vaxtlarda bu səfərin daha geniş
detalları yəqin ki ictimaiyyət üçün bəlli olacaq. Bundan əlavə, Hərbi Dəniz
Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadənin
rəhbərliyi altında ölkəmizin nümayəndə heyəti Cənubi Koreya Respublikasının Hərbi
Dəniz Qüvvələrinin Baş komandanın dəvəti ilə bu ölkədə iki ölkənin hərbi dəniz
qüvvələri arasında əməkdaşlıq məsələlərini müzakirə edib, qarşılıqlı təcrübə
mübadiləsinin, həmçinin müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparıblar. Bu
da Azərbaycan üçün ilk dəfə reallaşan səfərlərdən biri olduğu üçün düşünürəm
ki, Hərbi Dəniz Qüvvələrimiz üçün səmərəli sayıla biləcək birgə tədbirlər həyata
keçiriləcək. Cənubi Koreyanın hərbi dənizçilərinin çox böyük beynəlxalq
praktiki təcrübələri olduğuna görə, hesab edirəm ki, ölkəmiz üçün faydalı əməkdaşlıq
sayıla biləcək”.

 

Seymur
Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler