Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Böyük Azerbaycan aliminin qeribelikleri -MARAQLI

29 Eylül 2016

1:28 pm


29/09/2016 [17:26]: xeber –
Bu gün Azərbaycanın ən tanınmış alimlərindən biri, universal zəka sahibi hesab edilən professor Azad Mirzəcanzadənin 88 yaşı tamam olur.Texniki elmlər doktoru, akademik Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib. 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib.sayt mərhum professor maraqlı detalları təqdim edir:– O həyatda ən çox sevdiyi bacısının ölümündən bir il sonra onun öldüyü palatada, onun yatdığı çarpayıda və onun öldüyü gün vəfat etdi (iyunun 17-si).- 77 yaşında vəfat edən alim, ömrünün sonuna qədər evlənmədi.- Eks-prezident Əbülfəz Elçibəy iki dəfə ona Bakı Dövlət Universitetinin rektoru vəzifəsini təklif etsə də, qəbul etməyib.- Elm Komitəsi və Ali Attestasiya Komissiyasının sədri olan zaman qulluqçuya iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi. Özünün də dediyinə görə, masanın üzərindəki qarışıqlıq onun iş rejimini əks etdirirdi.- Hər gün fasiləsiz elmlə məşğul olan alimin gündəlik yeməyi əsasən kolbasa, pendir və “selyodka” idi.- Neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evində masanın üzərində yalnız bir adamın şəkli olardı – Üzeyir Hacıbəylinin…-“VAAK” sədri olan zaman bir çox tanınmış məmur, biznesmen, ictimai fiqur olan şəxslərin alim adı almasına qarşı çıxıb. Amma elə adamlar da olub ki, onlara şəxsən özü birbaşa “elmlər doktoru” elmi dərəcəsini təqdim edib.-Öz şəxsi nüfuzu və vəsaiti hesabına kollec tipli orta ümumtıhsil məktəbi açdırıb və hər şənbə özü oradakı şagirdlərə dərs deyib;-Ömrünün axırına qədər ailə həyatı qurmayan alimin özündən sonra heç bir varisi qalmadı. Böyük alimin yalnız bir bacısı var idi. İradə xanım Tibb Universitetində dərs deməklə yanaşı, həmçinin Mərkəzi Neftçilər Xəstəxanasının da həkimi idi. O da qardaşı kimi ömrünün sonuna kimi ailə həyatı qurmadı. Odur ki, Mirzəcanzadələr ailəsinin heç bir varisi qalmayıb. Amma böyük alim olduğu qədər də, böyük şəxsiyyət olan Azad Mirzəcanzadə özünün mənəvi övladlarını yetişdirdi.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler