Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Boynunuz ağrıyırsa, bunları edin ve xilas olun – 5 sade üsul…

22 Ağustos 2016

8:52 pm


23/08/2016 [00:48]: xeber –
Kompüterlə işləyən, günün çox hissəsini ofisdə keçirən insanın boyun ağrısı yaşamaması sadəcə mümkün deyil. Bütün günü gərilən boyun əzələlərinin funksiyasının zəifləməsi müxtəlif ağrılara gətirib çıxara bilir. Beyinə qan qovan boyun əzələlərinin passivləşməsi isə birbaşa bütün orqanizmə mənfi təsir edir. sayt boyun ağrıları zamanı etməli olduğumuz bir neçə sadə hərəkət haqqında yazını təqdim edir:1-Dişləri sıxmayın: Ağrı və hirs zamanı dişlərin sıxılması adi haldır. Amma biz dişləri sıxmaqla özümüzü daha da gərginləşdirmiş oluruq. Beyinə bağlanan sinirlərdən təşkil olunan dişin sıxılması ağrını daha da artıra bilər. Bacardığımız qədər diş sinirlərini də boşaltmalı, onları qətiyyən sıxmamaqla ağrı nöqtəsinə yardım etməliyik.2-Zehni yüngüllük yaradın: Bəli, əgər boyun ağrısı varsa, o zaman zehni cəhətdən də bu ağrının çoxalıb-azalmasına səbəb ola bilərik. Beynimizdə olan bütün artıq fikirləri bir anlıq silib, beyin əzələlərini rahat saxlayırıq. Bu zaman zehni rahatlıq, fiziki yüngüllüklə də nəticələnir. Beyində qan dövranının hərəkəti yaxşılaşır. Boyun damarları da buradan öz nəsibini almış olur.3-Monitoru gözlə eyni nöqtəyə gətirin: Bəzilərinin masasında kömpüter ya gözdən aşağıda, ya da yuxarıda yerləşir. Bu isə məcburi şəkildə boyun və belin əyilməsinə, həmçinin gərilməsinə səbəb olur. Boynun əsas ağrı səbəbi də budur.Əgər bu səbəbdən boyun ağradısa, yenə də gec deyil. Bu andan sonra gözü monitorla eyni səviyyəyə gətirin. Boyunun fəaliyyəti tarazlaşacaq və bu ağrının aradan qalxmasına şərait yaradacaq.4-Gərilmə hərəkətləri edin: Bu proses elə masadan qalxmadan edilməlidir. Bu zaman biz hərəkət etməyən qanı yenidən fəaliyyətə gətirməklə boynumuza əsl dost köməyini əsirgəmirik.5-Qulaqcıqlardan mütləq istifadə edin: Doğrudur, qulaqcıqların özünün də müəyyən fəsadları olur. Amma onlar boyun ağrılarının artmaması üçün əsas vasitələrdən biri sayıla bilər. Qulaqcıq kompüter arxasında olan zaman bizi çox əyilməyə qoymur, boynun düz saxlanması üçün əsas meyar olur. Bu zaman həm boyun əzələləri gərginləşmir, həm də qan dövranı düzgün şəkildə gedir.Hazırladı: Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler