Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Boynu yoğun gedelerden biri…” -Millet vekili hirslendi

11 Temmuz 2016

7:40 pm


11/07/2016 [23:36]: xeber –
“Bu gün səhər yanacaqdoldurma məntəqəsində əməlli tıxac var idi. Girdim. Məndən öncə dayanan 2 maşını gözləməli oldum. Həmin maşınlardan birinin sürücüsü operatora (benzin doldurana) qışqıraraq nəsə dedi, sonra da yanına çağırıb əl-qol hərəkəti ilə öz mədəniyyətzliyinə davam elədi”.sayt xəbər verir ki, bunu millət vəkili Elşən Musayev bir az öncə “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb. Onun yazdığına görə, həmin “şəxs” axırda da barmaq silkələyib getdi. Maşında da külfət:“Bir onu duydum ki, oğlan iki nəfərin yerinə işləməsindən dolayı yarım saniyə gecikib.Sonra ikinciyə növbə çatdı. O da boynu yoğun gədələrdən biri. Səsini aydın eşitdim. Operatoun üstünə qışqırdı ki, əlini maşına sürtmə, izi qalır, sonra benzini “1”-lə vurmağı çox kobud bir şəkildə əmr elədi.Və getdi…Mən yaxınlaşanda oğlan tutulmuşdu. Rəngi qapqara idi. Fikirli halda 15 litr “92” vuracağına “95” vurdu və birdən monitora baxınca sifətinə qorxunc bir kölgə gəldi. Başladı yalvarmağa ki, müəllim, bağışla(( xahiş edirəm, qurban olum, lütfən bağışla, benzini səhv vurmuşam. Şikayət eləsəz məni işdən çıxaracaqlar. Allah xətrinə kimsəyə deməyin. 4 manat artıq edir, lazımsa cibimdən qoyaram(Dedim, qardaşım, mən elə “95” istəyirdim də, sən səhv eləməmisən axı. (adamı pərt vəziyyətdən çıxarmaq lazım idi) Nəyin dərdini çəkirsən? Nə şikayət? Nə işdən çıxarmaq? Günah səndə deyil, məndədir ki, pulu səhvən az vermişəm. Əsl sən məni bağışla, fikirli olmuşam.Titrək səslə qayıtdı ki: “Allah balanızı saxlasın, başqa heç nə demirəm….”***Tələbə vaxtı təhsil haqqını ödəmək üçün gecələri benzin doldurma məntəqəsində operator işləyən yaxın bir qardaşımızın sözünü xatırladım: “Bu iş əlacsızların işidir müəllim. Hətta taksi ürücüsü də deyilsən ki, klienti özün seçəsən. Ofisant da deyilsən ki, qulluq edəcəyin stolu xahiş-minnətlə özün müəyyən edəsən. Ayaqyoluna belə icazə ilə gedirsən. Nəfəsi belə izlə alırsan. Üstəlik, hər tip adama da rastlamaq ehtimalın var. Bu planetdə, bu dünyada, bu həyatda mövcud olan hər tip adama”***İkisini mən gördüm, gerisi aydındır.Ayrıca, onlarla bağlı fikir əminliyim də var. Niyəsə başımla cavabdehəm ki, operator üstünə xoruzlanan həmin o gədələrin tüm kuliyyatı evdə arvad – uşağına, işdə kollektivə, nəsildə qohum-əqrəbaya söz keçirə bilməyənlərdir!Komleks əsirləridir, sonradan görənlərdir, “kişi qırıq”larıdır…Hətta qırıntıları…”




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler