Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Boris Conson “Breksit”in Britaniya üçün doğuracağı neticelerden danışıb

27 Haziran 2016

8:16 am


27/06/2016 [12:15]: xeber –
Böyük Britaniyanın Avropa Birliyindən çıxması ideyasının əsas müəlliflərindən sayılan, Londonun keçmiş meri Boris Conson “Breksit”in ölkəsi üçün doğuracağı nəticələrdən danışıb.Musavat.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə Boris Conson bu barədə “The Telegraph” qəzetində məqaləsində yazıb.Conson Britanıyanın Avropa Birliyindən çıxma haqqında qərarını “əsrin ən qeyri-adi hadisəsi” adlandırıb və ölkəsinin bundan sonra da Avropa Birliyi ilə münasibəltərini inkişaf etdirəcəyini söyləyib.“Mən Britaniyanın Avropanın əsas  bir tərkib hissəsi olduğunu və ömür boyu da belə qalacağını şişirtmirəm. Bizim incəsənət, elm, universitetlər, ətraf mühitin mühafizəsi kimi bir çox sahələrdə Avropa Birliyi ilə sıx əməkdaşlığımız davam edəcək”, – deyə o yazıb.Conson həm Britaniyada yaşayan Avropa vətəndaşlarının, həm də Avropa Birliyində yaşayan britaniyalıların hüquqlarının bərabər şəkildə tam qorunacağına söz verib.Bundan başqa, o, vahid bazarın və sərbəst gediş-gəlişin bundan sonra da davam edəcəyini vurğulayıb.Londonu keçmiş merinin sözlərinə görə, dəyişən yalnız budur ki, “Britaniya Avropa Birliyinin qeyri-məhdud və qeyri-şəffaf qanunvericilik sistemindən və Avropa məhkəməsinin zülmündən qurtulur.Boris Conson Şotlandiyanın müstəqilliy barədə referendumun yenidən keçrilməsi üçün real ehtiyac görmədiyini söyləyib.Xatırladaq ki, Böyük Britaniya baş naziri Devid Kemeronun istefasından sonra Boris Conson bu posta ən real namizəd hesab olunur.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler