Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Borclar silinecekse, banklar nece ayaqda qalacaq?”

26 Eylül 2016

10:44 am


26/09/2016 [14:42]: xeber –
Bank və
maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov belə bir fikir səsləndirib ki, 1,5 ilə vətəndaşların müflisliyi haqda qanun qəbul
ediləcək, borclar silinəcək.

 

sayt sensasion sayıla biləcək bu iddia ilə
bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

 

Natiq Cəfərli deyib ki, müflislik haqqında qanunun
fiziki vətəndaşlara tətbiq edilməsi çətin olacaq: “Bu məsələnin hüquqi
prosedurunu yaratmaq o qədər də çətin deyil. Ancaq bunun iqtisadi
mexanizmlərini yaratmaq çətindir. Müflis haqqında qanuna əsasən borclar
silinəcəksə, banklar necə ayaqda qalacaq? Onsuz da bankların çox ciddi
problemləri var. Əgər belə bir mexanizm işlənib hazırlanacaqsa, bankların
itirdiklərinin hansı mənbələr hesabına kompensasiya edilməsi məsələsi gündəmə
gələcək. Azərbaycanda ya dövlət büdcəsi, ya neft hesabına bunu etmək mümkündür.
Ancaq təəssüf ki, hər iki sahədə problemlər var. Büdcənin özündə ciddi
problemlər var. Hökümət büdcə xərclərini azaltmağı düşünür. Neft Fondunun da öz
öhdəlikləri var. O öhdəlikləri yerinə yetirməyə çalışır. Buna görə də belə bir
layihə hazırlansa belə bankların itirdiklərini geri qaytarmaq məsələsi çox
çətin olacaq. Məsələnin uğurlu həlli üçün xüsusi mexanizmlər işlənib
hazırlanmasına ehtiyac var. Vətəndaşlar borclarını qaytara bilməyəcəklərsə o
zaman bankların özünün işləməsində problemlər yaranacaq. Onsuz da geri
qaytarılmayan kreditlərin sayı hər ay artır. Bu hüquqi yox, daha çox iqtisadi
müstəvidə həll olunası məsələdir”.  Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler