Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Borçalı” Cemiyyetinde möhteşem görüş keçirilib…

27 Eylül 2016

11:36 am


27/09/2016 [15:33]: xeber –
Sentyaabrın 26-da “Borçalı” Cəmiyyətinin qərargahında Türkiyənin tanınmış dərnəklərindən olan Adana “Çukurova Edebiyyatçılar Derneyi”nin üzvləri ilə öz möhtəşəmliyilə seçilən sazlı sözlü görüş keçirilib. Görüşü giriş sözü ilə açan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qardaş eldən gələn qonaqları salamlayaraq “Borçalı” Cəmiyyəti, eləcə də Gürcüstanda yaşayan və Azərbaycan Türklüyünün bir hissəsi olan Borçalı türkləri haqda məlumat vermiş və Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişafında QHT-lərin rolunu xüsusi vurğulamışdır. Z.Məmmədli bu kimi görüşlərin Borçalının ədəbi mühitində keçirilməsinin də vacib olduğunu ifadə etdikdən sonra “Cəmiyyət” adında Adana ÇED başqanı Halise Tekbaşa təşəkkür plaketi təqdim etmişdir. H.Tekbaş da Dərnək üzvləri adından “Borçalı” Cəmiyyətinə təşəkkürünü bildirdikdən sonra Azərbaycan səfərinin uğurları haqda təəsüratlarını görüş iştirakçıları ilə bölüşmüşdür. Sonra söz şer və sənət xadimlərinə verilib. “Borçalı” Cəmiyyətinin təşkil etdiyi bu görüşdə qardaş Türkiyədən gələn şair və sənətçilərlə yanaşı, “Borçalı” İctimai Cəmiyyəti fəallarının, eləcə də Azərbaycanımızın ayrı-ayrı bölgələrindən olan şair və musiqi xadimlərinnin yaddaqalan, anlamlı çıxışları olmuşdur. Görüşün sonunda qonaqlar kütləvi olaraq “Borçalı” İctimai Cəmiyyətinə fəxri üzv olmaq istəklərini bildiriblər və bu təklif alqışlarla qarşılanıb. Eyni zamanda, belə bir görüşün Adanada keçirilməsi təklifi də dəstək qazanıb.“Borçalı” Cəmiyyətinin Mətbuat və İnformasiya Xidməti


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler