Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Borçalı Cemiyyetinde möhteşem görüş keçirildi – FOTOLAR

26 Eylül 2016

7:48 pm


26/09/2016 [23:47]: xeber –
Sentyaabrın 26-da Borçalı Cəmiyyətinin qərargahında Türkiyənin tanınmış dərnəklərindən olan Adana  “Çukurova Edebiyyatçılar Derneyinin” üzvlərilə öz möhtəşəmliyilə seçilən sazlı – sözlü görüş keçirilib. Görüşü giriş sözü ilə açan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli qardaş eldən gələn qonaqları salamlayaraq Borçalı Cəmiyyəti, eləcə də Gürcüstanda yaşayan və Azərbaycan Türklüyünün bir hissəsi olan Borçalı türkləri haqda məlumat vermiş və Türkiyə- Azərbaycan  əlaqələrinin daha da inkişafında QHT- lərin rolunu xüsusi vurğulamışdır. Z.Məmmədli bu kimi görüşləin Borçalının ədəbi mühitində keçirilməsinin də vacib olduğunu ifadə etdikdən sonra  “Cəmiyyət” adında Adana ÇED başqanı Halise Tekbaşa təşəkkür plaketi təqdim etmişdir. H. Tekbaş da Dərnək üzvlıri adından Borçalı Cəmiyyətinə təşəkkürünü bildirdikdən sonra Azərbaycan səfərinin uğurları haqda təəsüratlarını görüş iştirakçıları ilə bölüşmüşdür. Sonnra söz şer və sənət xadimlərinə verilib. Borçalı Cəmiyyətinin təşkil etdiyi bu görüşdə qardaş Türkiyədən gələn şair və sənətçilərlə yanaşı, Borçalı İctimai Cəmiyyəti fəallarının, eləcə də Azərbaycanımızın ayrı ayrı bölgələrindən olan şair və musiqi xadimlərinnin yaddaqalan, anlamlı çıxışları olmuşdur.Görüşün sonunda qonaqlar kütləvi olaraq Borçalı İctimai Cəmiyyətinə fəxri üzv olmaq istəklərini buildiriblər və bu təklif alqışlarla qarşılanıb. Eyni zamanda belə bir görüşün Adana keçirilməsi təklifi də dəstək qazanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler