Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Borçalı” Cemiyyeti ve ona qarşı diferensiasiya seciyyeli toplantı

30 Haziran 2016

1:28 pm


30/06/2016 [17:27]: xeber –
“Borçalı” İctimai Cəmiyyəti 7 ildən artıqdır ki, Zəlimxan Məmmədlinin başçılığı ilə tarixinin ən parlaq dövrünü yaşayır. Cəmiyyətin İdarə Heyəti mütəmadi toplantılarını keçirməklə, tarixi Borçalı ərazisi və borçalılılarla bağlı, eləcə də Azərbaycanda yaşayan gürcü əsilli əhaliylə bağlı mühüm məsələləri, onların problemlərini qabardıb, müzakirə edib və yekun qərara əsasən qəbul olunmuş bəyanatı, yaxud da müraciəti həm Gürcüstan, həm də Azərbaycan siyasi hakimiyyətinin diqqətinə çatdırıb. Toponimlər, miqrasiya, soydaşlar haqqında qanun, təhsil, kəndlilərin torpaqla təmini, infrastrukturlar və əhalinin digər maddi-mənəvi problemləri ilə bağlı zamanla qaldırılmış məsələlər bu sıradandır. Eləcə də, cəmiyyət vaxtaşırı ictimaiyyəti düşündürən məsələlərlə əlaqədar mövzu seçərək “Dədə Camal” məclisləri keçirib, bayram tədbirləri düzənləyib. Hər il may-iyun aylarında illik hesabat konfransı keçirilib, bu konfranslarda sədr seçkisi yenidən gündəmə gətirilib, lakin iştirakçılar yeni İdarə Heyətinin tərkibini müəyyən etdikdən sonra, sədr olaraq Zəlimxan Məmmədlinin qalmasını yekdilliklə alqışlayıblar. Təxminən ilin həmin vaxtlarına təsadüf edən “Təbriz gecəsi” və gecədə “Cavad Heyət medalı”nın təqdimat mərasimi də hər zaman diqqətçəkən tədbirlərdən olub. Bundan başqa, hər il dekabrın 25-də keçirilən “Gürcüstan türklərinin həmrəylik günü” tədbiri və bu mərasimdə akademik Zahid Xəlilov adına təsis edilmiş “Türklüyə xidmət” ödülü laureatlarının təltif edilməsi də önəmli fəaliyyətlərdən olub. İyulun 26-da ənənəvi olaraq keçirilən, ilk illərdə əngəllərlə üzləşildiyinə baxmayaraq, Zəlimxan Məmmədlinin inadlı mübarizəsi və yaxın çevrəsinin fədakarlıqları nəticəsində təşəkkül tapan “Borçalı Türklərinin Elat mədəniyyəti günü” festivalı isə birmənalı olaraq könüllərə bir ayrı sevgiylə yol tapıb. Minlərlə daxili və xarici iştirakçıların qoşulduğu həmin bayramda Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərinin bayraqlarını nümayiş etdirərək, bu üç dövlətin strateji əməkdaşlığa, yaxın dostluğa, sıx əməkdaşlığa dəvət edilməsi həm ictimai, həm də siyasi baxımdan mühüm səciyyə daşıyır. “Borçalı” Cəmiyyəti adını çəkdiyimiz üç dövlətin çiyin-çiyinə dayanmasını regionda sülhün və təhlükəsizliyin qarantı kimi dəyərləndirir. Elat bayramı həm də mədəniyyətlərarası dialoq, millətlərarası inteqrasiya xarakteri daşıyır. Ümumiyyətlə, Zəlimxan Məmmədlinin rəhbərlik etdiyi “Borçalı” Cəmiyyətinin tutduğu yol birlik-bərabərlik, bütövlük, demokratiya, inteqrasiya, haqların qorunması, hüquqların müdafiəsi yoludur. Bu yol insana xidmət, bəşərə qayğı, xalqların dövlətçilik ənənəsinə sayğı, ölkələrin ərazi bütövlüyünə sədaqət, konstitusiyasına sevgi, bayrağına və gerbinə hörmət yoludur. Bu yol hər kəsin vətəndaşı olduğu dövlətə sahiblənmə yoludur. Bu yol ayrı-seçkiliyi, separatçılığı, məhəlli düşüncəni lənətləyən yoldur. Bu, həmin o yoldur ki, azadlıqsevərlər, demokratiyapərəstlər, insanpərvərlər onu özünə doğma hesab edib və hər zaman dəstəkləyiblər.Lakin əfsuslar olsun ki, hələ də aramızda bürokratik düşüncələrdən xilas ola bilməyən, Sovet rejiminin diktatura siyasəti üsulundan qurtula bilməyən, bəzi arzuolunmaz daxili və ya xarici qüvvələrin marağına xidmət edən, diferensiasiya yolunu tutan, buqələmunluğu özünə peşə və ya həyat tərzi seçmiş soydaşlarımız da var. Cəmiyyətimizin nizamnaməsini pozaraq özlərindən münafiqlik səciyyəli toparlaşma metodu uyduran, yaxud da cəfəng və cahillik xarakterli qiyama meyllənən bu soydaşlarımız “Borçalı” Cəmiyyətinin üzvü belə olmadıqları halda bu qanundan kənar addımı atmaqla özlərini gözdən salır, olan-qalan nüfuzlarını darmadağın edirlər. “Borçalı” Cəmiyyətinin təsisçilərindən bəzilərini öz tərəfinə çəkərək, onların nüfuzundan sui-istifadə etməklə, hətta bəzi ağsaqqallarımızı bu dövlət qanunlarına zidd, cəmiyyətin nizamnaməsinə uyğun olmayan məkrli qiyama cəlb etməkdən belə çəkinmədilər. Onların toplumun imicinə xələl gətirən bu hərəkətləri barədə mətbuatda yazılan bəzi məlumatları oxuduqca təəssüf etməyə bilmirsən. Məsələn, “www.mia.az” saytının 28 iyun 2016-cı il nömrəsində yayınlanmş “Zəlimxan Məmmədli onu da bilməlidir ki,..” başlıqlı yazı bu cümlələrlə başlayır: “Borçalı İctimai Cəmiyyətinin iyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbədənkənar konfransında cəmiyyətin yeni rəhbərliyi seçilib və belə görünür ki, bu sabiq sədr ZəlimxanMəmmədlini (haşiyə: Zəlimxan Məmmədlinin istefasaı barədə dezinformasiya müəllifin öz uydurması olduğu, yaxud da hansı mənbəyə istinad etməsi bəlli deyil) və onun azsaylı tərəfdarlarını razı salmayıb. Buna görə yanlış olaraq Cəmiyyətin iyunun 25-də keçirilən konfransının nəticələrini şübhə altına almaqdan belə çəkinmirlər. Halbuki, Zəlimxan Məmmədli və onun azsaylı tərəfdarları bu hərəkətləri ilə 1993-cü ildən fəaliyyət göstərən Borçalı İctimai Cəmiyyətinə zərər vurduqlarının fərqində olmalıdırlar”. Sözgəlişi: maraqlıdır, müəllif 2009-cu ildən bəri olan fəaliyyəti zərərli hesab edirsə, o zaman 2009-cu ilə qədərki fəaliyyətsizliyi necə qiymətləndirir?Qeyd edim ki, mən şərti olaraq bu məqalədən sitat gətirirəm, əslində isə bu məsələylə bağlı qiyam tərəfdarlarının yazdıqları inqubator cücələrinə bənzəyirlər. Həmin yazıda həmçinin bildirilir: “Zəlimxan Məmmədli bu addımı ilə özünü iyunun 25-də keçirilən konfransın bütün iştirakçılarına və onları dəstəkləyən əksər çoxluğa qarşı qoyur”. Yəqin ki, oxucu düşünəcək: necə olur ki, Zəlimxan Məmmədli Cəmiyyətin sədri olaraq fəaliyyətini davam etdirdiyi halda və bəhs edilən qiyamın qanunsuz olduğu səbəbilə onu ciddiyə almadığına görə özünü 50-60 nəfərlik “konfrans” iştirakçılarına qarşı qoyur, amma bu diferensiasiya səciyyəli toplantı iştirakçıları, onun “sədr”i və havadarları “Borçalı” Cəmiyyətinin nizamnaməsinə uyğun olaraq keçirilmiş 28 may 2016-cı il tarixli həqiqi konfransını şübhə altına alır, özlərini Borçalı kökənli ziyalılara, “Borçalı” Cəmiyyətinin İdarə Heyəti üzvlərinə və cəmiyyətin fəaliyyətini dəstəkləyən ictimai-siyasi xadimlərə qarşı qoymuş olmur???Adıçəkilən yazı belə davam edir: “Zəlimxan Məmmədli qəbul etməlidir ki, Cəmiyyətə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti nə Borçalı İctimai Cəmiyyətinin, nə ümumilikdə Borçalıların mövqelərinə uyğun olmamışdır. Onun Azərbaycan və Gürcüstan hakimiyyətinə qarşı müxalifətçiliyi əslində bütün Cəmiyyət üçün arzuolunmaz vəziyyət yaratmışdır. Hər bir fərdin, o cümlədən Zəlimxan Məmmədlinin öz fikirlərini açıq söyləmək hüququ var. Ancaq Zəlimxan Məmmədli Borçalı İctimai Cəmiyyətinin sədri kimi məsuliyyətli davranmalı, Azərbaycan və Gürcüstan hakimiyyətlərinə qarşı Cəmiyyətin sədri kimi müxalifətçi mövqedə olmamalı idi”. Fikir verin, burada müəllif üçüncü cümləni yazmaqla ondan əvvəlki iki cümlədəki fikrini təkzib edir. Hər kəs bilməlidir ki, çoxpartiyalı bir cəmiyyətə yaşayırıq və bu partiyalardan yalnız biri iqtidarda ola bilər. Müxalif olmaq düşmən olmaq kimi anlaşılmamalıdır. Müxaliflik ümumi milli və mənəvi maraqlarımızın təmini yolundakı fikir frərqliliyidir və bu, çox normaldır. Zəlimxan Məmmədli fərd olaraq, eyni zamanda tanınmış ictimai-siyasi xadim olaraq özəl fikirlərə sahib olmasaydı bu, təəccüblü görünərdi. Onun cəmiyyətdə uzun zaman qazandığı statusuna uyğun olaraq, özəl ideyalar və məntiqli düşüncələr irəli sürməsi isə əsla təəccüblü deyil, məncə. Bundan başqa, müəllifin yazdıqlarından belə anlaşılır ki, cəmiyyətə sədr seçilmiş şəxs hər iki – Azərbaycan və Gürcüstan dövlətlərinin iqtidar partiyasına daxil olmalıdır, iqtidar dəyişdikcə sədr də partiyasını dəyişməlidir. Görün, nə qədər gülünc bir fikirdir.Biz Zəlimxan Məmmədlinin başçılığı ilə “Borçalı” Cəmiyyətinin İdarə Heyətinin üzvləri, El məclisləri başçıları və cəmiyyət fəalları olaraq yenə də tolerantlıq, dözüm, səbir nümayiş etdirir, həmin bu qeyri-qanuni toparlaşan soydaşlarımızı Cəmiyyətə dəvət edir, onların fikirlərini, tələblərini birlikdə müzakirə etməyə hazır olduğumuzu bildiririk. Onların bu təklifimizi qəbul etmədikləri, öz mövqelərində qaldıqları halda isə, onsuz da heç nəyə nail ola bilməyəcəkləri və özlərinin bir ömürə yığdığı az-çox nüfuzlarına xələl gətirəcəklərinə əmin olmaları barədə xəbərdar etməyi özümüzə borc bildik.Bakı, 27 iyun 2016-cı ilElbəyi Cəlaloğlu“Borçalı” Cəmiyyətinin mətbuat rəhbəri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler