Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Borçalı Cemiyyeti müselmanları tebrik etdi

05 Temmuz 2016

2:12 pm


05/07/2016 [18:11]: xeber –
Dinimizin ən müqəddəs və önəmli bayramlarından biri, bəlkə də birincisi Müqəddəs Ramazan bayramı münasibətilə bütün dünya müsəlmanlarını, özəlliklə Türk Dünyasının hər qarışında inanclı insanları, o cümlədən doğma Borçalı elimizi ürəkdən təbrik edir, bu bayramın birliyimizə, bərabərliyimizə vəsilə olacağını diləyirik.Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllərə, onları qardaşlıq və bərabərlik yoluna dəvət etdiyi kimi bu əziz anlarda biz də yolunu azmışların, Elə asi çıxanların və yanlış yola üz tutanlarınAllahın mübarək simalarından olan ədalətə, eləcə də Tanrının -Haqqın yoluna qayıdacaqlarına ümid edirik. Belə ki, müsəlmanlar bu ayda Allah və din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək üçün fürsət qazanır, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslamın böyük bayramı Ramazanın  millətimizə, bütün dünyaya, insanlığa xeyir, bəşəriyyətə sülh gətirməsini, işğal altında olan Qarabağın , Abxaziyanın, Cənubi Osetiyanın  azad olunmasını, Azərbaycan və Gürcüstan arasında qardaşlıq tellərinin daha da artmasını, qardaş Türkiyədə baş verən xain terrorlara son qoyulmasını və cinayətkarların cəzalarına çatmalarını, eləcə də Azərbaycanın güneyindəki soydaşlarımıza da sarsılmaz iradə gətirəcəyini təmənna edirik.Bu əziz Bayram günündə dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayırıq.Bayramınız mübarək olsun!




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler