Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Borçalı” Cemiyyeti “Elata hazırlıq”la bağlı son müşaviresini keçirib- FOTO

09 Temmuz 2016

6:44 pm


09/07/2016 [22:41]: xeber –
“Borçalı” İctimai Cəmiyyəti iyulun 9-da “Elata hazırlıq” mövzusunda müşavirə keçirib. Cəmiyyət sədri Elxan Məmmədli, Hacan Hacısoy və Telman Əliyevi sədarət kürsüsünə dəvət etdikdən sonra, gündəliyi elan edib.Zəlimxan Məmmədli açılış çıxışı edərək üzümüzə gələn Elat bayramı münasibətilə iştirakçıları təbrik etdi və Elatın məziyyətləri, eləcə də 7-ci Elatdan sonra görülmüş işlər və gedən prosesləri xatırlatdı. Borçalı Cəmiyyətinin sdəri mayın 28-də baş tutmuş illik-hesabat konfransı və onun qəbul etdiyi qərarlar barədə də söhbət açdı. Natiq 25 iyun tarixində cəmiyyətə aidiyyəti olmayan bir qrup soydaşımız tərəfindən qeyri-qanuni surətdə keçirilmiş toplantı barədə də fikirlərini söylədi. O, bildirdi ki, əgər toplaşanlar hər hansı bir təşkilat qursaydılar biz onları dəstəkləyər, əlimizdən gələn köməkliyi göstərərdik, lakin onlar bunun əksinə olaraq “Borçalı” Cəmiyyətinin nizamnaməsinə uyğun olmayan addım atdılar. Əgər onlar cəmiyyətə üzv olub, tədbirdə iştirak edib, dinc-demokratik qaydada mübarizə apararaq istədikləri şəxsi sədr seçsəydilər, əllərini sıxıb təbrik edərdim. Təəssüf ki, bu qrup qanunsuzluğu, ədəb-ərkanı pozan xətti tutaraq Borçalı tarixində qara ləkə sayılacaq işə imza atdılar.Zəlimxan Məmmədli hesabat xarakterli çıxışında bu yaxınlarda İsaxan Aşurovun xatirəsinə keçirilmiş cüdo yarışı barədə də məlumat verdi.Sədr Güney Azərbaycandan və Türkiyədən Elat bayramına gələcək saysız-hesabsız insanlarla yanaşı, rəqs qrupları və sənətçilər barədə də danışdı. Bunun davamı olaraq özünün Qars səfərindən də bəhs edən natiq orada Borçalı Qarapapaqlarının Elata yüksək ruh yüksəkliyi ilə hazırlaşdıqlarını dilə gətirdi.Zəlimxan Məmmədli qarapapaqlıqla bağlı da fikir bildirdi. O, dedi ki, qarapapaqlıq qara işlərlə məşğul olmaq deyil, əksinə özünün ərlik, ərənlik tarixinə sayğı, bölücü fikirlərdən uzaq olma, insana və insanlığa sevgi, birlik-bərabərlik yolunda əzmkar olma deməkdir.Zəlimxan bəy “Zəlimxan Məmmədli cəmiyyəti siyasətə çəkir” deyənlərə də mesaj verdi. O, siyasi partiya ilə qeyri hökumət təşkilatının fərqini izah edərək dedi: “Siyasi partiya hakimiyyət uğrunda mübarizə aparan firqəyə deyilir, qeyri-hökumət təşkilatı isə hakimiyyət uğrunda mübarizə aparmır. Zəlimxan Məmmədli də qeyri-hökumət təşkilatının rəhbəri olaraq heç zaman bu məsuliyyətsizliyə yol verməyib. Biz toplumun haqqını, hüququnu tələb etmişik. Hər zaman demişik, bir daha bəyan edirəm ki, heç bir siyasi prosesə qoşulmayacağıq, seçki məsələlərində hər kəs öz seçimini azad qaydada edə bilər”.Zəlimxan bəy əlavə etdi ki, əxlaqdan və qanundan kənar heç bir iş görmədən Elata gedəcəyik. O, bu ilki “El adamı” mükafatına layiq görülənlərin adlarını açıqladı: Ömər Qoçulu, Aşıq Şahbaz, Aşıq Həvəskar, Aşıq Nargilə, Razaxan Mahmudov, Aşıq Cahangir, Aşıq Tərmeyxan, Aşıq Əşrəf.Bundan sonra söz ictimai-siyasi xadim Hacan Hacısoya verildi. Hacan bəy Cəmiyyətdən kənar Cəmiyyət adıyla keçirilən hər hansı bir tədbirin yolverilməz olduğunu qeyd etdi. Natiq “Borçalı” Cəmiyyətinin çevik və davamlı fəaliyyətindən, eyni zamanda Elat bayramının verdiyi töhfələrdən bəhs etdi. Kənarda “Borçalı” adına layiq olmayan tədbirlərin keçirilməsini də natiq cəmiyyətin fəaliyyətini gözü götürməyənlərin işi olduğunu dedi, iuynun 25-də qeyri-qanuni keçirilmiş toplantının təşkil edənləri qınadı.Tarix elmləri doktoru Nəsib Nəsibli çıxışında Zəlimxan Məmmədlinin dürüst adam olduğunu diqqətə çatdırdı. O, qiyamçılara “yazıqlar olsun, bir az nüfuzları var idi, onu da yerə vurdular” deyə münasibət bildirdi. Elat bayramı münasibətilə iştirakçıları təbrik etdikdən sonra, Zəlimxan Məmmədli keçən il elan edilmiş “El adamı” mükafatını vətənə yenicə dönmüş Nəsib bəyə təqdim etdi.Folklorşünas-alim Elxan Məmmədli isə çıxışında bildirdi ki, elə bilirdim onlar imana gəliblər, amma bu cür deyilmiş. Biz Zəlimxan bəyin qara qaşı-qara gözünə aşiq olmamışıq, onu əməllərinə görə sevirik. Elata hamımız səfərbər olacağıq, əlimizdən gələni edəcəyik. Hamınızı təbrik edirəm.“Güney Azərbaycan Konqresinin”nın sədri Abdulla Əmir Haşimi Cavanşir “Borçalı” Cəmiyyətinin fəaliyyətindən və uğurlarından danışaraq, onun artıq beynəlxalq aləmdə tanındığını vurğuladı və bunu yüksək qiymətləndirdiyini birldirdi. Cavanşir bəy borçalılıların bir hissəsinin Güney Azərbaycanda, digər hissəsinin Türkiyədə olmasını səbəb gətirərək “Borçalı” Cəmiyyətinin onları diqqətdən kənarda qoymadığını dedi və “Borçalı” Cəmiyyəti kimi monolit təşkilatlanmanın hər topluma qismət olmadığını nəzərə çatdırdı. Elat bayramının çox təqdirəlayiq olduğunu deyən Cavanşir bəy, Borçalının təkcə borçalılıların deyil, hər bir türkün olduğunu da qeyd etdi. Elat bayramı məsələsində əlindən gələni edəcəyini deyən natiq hər kəsi təbrik etdi.Şair-dramaturq Hacı Zaməddin Ziyadoğlu ətrafda baş vermiş arzuolunmaz məsələni eşitdikdə təəssüf etdiyini bildirdi. “Borçalı” Cəmiyyətinin göstərdiyi yüksək fəaliyyət hamımızı qürurlandırır. Yaratmaq asan iş deyil, dağıtmağa nə var ki. Ona görə də, parçalamağa meyilli olan insanlar bu yoldan çəkilməlidirlər. Hər birimiz bu cəmiyyətin ayaqda durması üçün əməyimizi sərf etməliyik.Şair İlqar Türkoğlu “Borçalı” Cəmiyyətinin fəaliyyətini və Elat bayramının keçirilməsini yüksək dəyərləndirdi. Elat bayramının Borçalı insanlarının inteqrasiyasına yardımçı olacağını söylədi.“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı “Elat fondu”nun yaradılmasını təqdirəlayiq hesab etdi və bunun Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən bütün sivil təşkilatlarda olduğunu diqqətə çatdırdı. Əvəz bəy Elat bayramının region üçün yenilik olduğunu dedi və “Borçalı” Cəmiyyətinin heç kəsə ağız açmadan öz daxili hesabına böyük işlər görməsinin əsil fədakarlq olduğunu qeyd etdi. Natiq bu cür təşkilatları dağıtmağın yox, əslində hər bir bölgəmizin mədəni-mənəvi dəyərlərini inkişaf etdirən təşkilatların sayının çoxalmasının tərəfdarı olduğunu dedi.Fizikaçı-alim Rəşid Əliyev “Borçalı” Cəmiyyətinə qarşı çıxanların əyri yolda olduqlarını söylədi. “Borçalı” Cəmiyyətinin leytmotivi Azərbaycan və Gürcüstan dövlətlərinin ərazi bütövlüyünü dəstəkləmək, onların dostluq əlaqələrinin möhkəmlənməsinə yardımçı olmaqdır.Növbəti çıxışçı Asif bəy nümayəndəsi olduğu “Qarabağ” təşkilatının hər zaman “Borçalı” Cəmiyyətinin yanında olduğunu dedi. O, Gürcüstanda yaşayan soydaşlarımızın gürcü dilini öyrənmələrini vacib hesab etdiyini qeyd etdi. “Borçalı” Cəmiyyətinin Gürcüstanda yaşayan soydaşlarımızın rifahının yüksəlməsinə xidmət etdiyini qeyd edən Asif bəy “Qarabağ” təşkilatındakı fəalların heç də hamısının Qarabağlı olmadığını dedi və bu halın “Borçalı” Cəmiyyətində də eyni cür olduğunu alqışladı.Şairə Güləmail Murad Borçalının Azərbaycanın döyünən ürəyi olduğunu vurğuladı və hər kəsin “Borçalı” Cəmiyyətinin ətrafında birləşməsinin vacib olduğunu dedi.Şair Əlxan Orucoğölu qarşı tərəfin qeyri-qanuni toplantısında iştirak etdiyini dedi və orada çoxlarının onun özü kimi toplantının mahiyyətini başa düşmədən gəldiyini və çoxluğun Zəlimxan Məmmədli tərəfdarları olduğunu qeyd etdi. O, həmin tədbirdə mandat götürmədiyini, səs vermədiyini də dedi və hətta toplantıda Göyçay və digər bölgələrdən iştirakçıların olduğunu qeyd etdi. Əlxan bəy parçalanmanın əleyhinə olduğunu və təşkilatın üzvü olub, sonradan parçalanmaya meyilli olan qrupa qoşulanları da qınadı. O, “Borçalı” Cəmiyyətinin üzvü olduğunu və həmişə onun yanında olacağını qeyd etdi. Əlxan Orucoğlu qeydiyyat məsələsiylə bağlı problemlərə də toxundu. İkisindən biri Azərbaycan vətəndaşı olmayan nikahlıların ciddi problem yaşadıqlarını diqqətə çatdırdı.“Elimiz.Günümüz” qəzetinin Baş redaktoru Qiymət Məhərrəmli “Zəlimxan Məmmədlinin yanında olmağı bacarmaq lazımdır” deyərək əslən Borçalıdan olmayıb “Borçalı” Cəmiyyətinin fəallarından olan insanlar barədə söz-söhbət edənlərin məhəlli düşüncələrlə yaşadığını qeyd etdi. O, söylədi ki, bir Şəkili, Salyanlı, Naxçıvanlı və ya Qarabağlı Borçalı haqqında düşünürsə, onun problemlərinin həllinə əməyini, vaxtını sərf edirsə, bunu yalnız alqışlamaq lazımdır. Anonim adlarla şər-böhtanla məşğul olanları isə hüquq-mühafizə orqanlarının əlilə üzərə çıxarmağın vacib olduğunu diqqətə çatdırdı.“Borçalı” Cəmiyyəti İH-in üzvü Salman Murğuzov çıxışında qarşı tərəfin eloğluluğa, dostluğa yaraşmayan hərəkət etdiklərinə təəssüfləndiyini dedi. Elata hazırlığın yüksək səviyyədə olduğunu və elliklə bu bayramın keçirilməsinə əllərindən gələni edəcəklərini vurğuladı.Yekun sözüylə çıxış edən Zəlimxan Məmmədli iştirakçılara və çıxışçılara təşəkkür edərək bir daha təəssüratlarını bölüşdü. O, bölgələr üzrə təşkilat komitə sədrlərinin, Elat bayramı səhnəsində aparıcıların və yarışma təşkilatçılarının adını nəzərə çatdırdıqdan sonra, eli Elata səsləyərək hər kəsi bir daha təbrik etdi. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler