Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Borçalı Cemiyyeti Elat Bayramının baş tutmaması ile bağlı beyanat yaydı

29 Temmuz 2016

3:12 pm


29/07/2016 [19:11]: xeber –
İyulun 29-da Beynəlxalq Mətbuat Mərkəzində Borçalı İctimai Cəmiyyəti mətbuat konfransı keçirib. Mətbuat konfransını Cəmiyyətin sədri Zəlimxan Məmmədli açaraq iyulun 26-da Gürcüstanın Dmanisi rayonunda hər il keçirilən Borçalı Türklərinin Elat Bayramının keçirilmısinə törədilən maneələr, Türkiyə və Azərbaycan bayraqlarına qarşı sayğısızlıq edilməsi ilə bağlı danışaraq Borçalı Cəmiyyətinin bu olayla bağlı nigarançılığını ifadə etmişdir. Z.Məmmədli media mənsublarına bu olayla bağlı Borçalı Cəmiyyəti tərəfindən istər Gürcüstan, istərsə də Azərbaycanın müvafiq qurumlarına müraciət göndərilməsi haqda məlumat verərək baş verənlərin Borçalı Cəmiyyətinin Gürcüstanın ərazi bütövlüyü, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə hər hansı təsirinin olmayacağını da bəyan edib. Azərbaycan və Türkiyə bayraqlarının endirildiyi bir ortamda bəzi “soydaşlarımızın” iştirak etməsinə toxunan “Borçalı” İC sədri bu hadisə ilə bağlı təəsüfünü ifadə edib. Zəlimxan Məmmədli eyni zamanda Borçalı Cəmiyyətinin adını siyasi proseslərdə hallandıranlara cavab olaraq qeyd edib ki, Borçalı İC hər hansı siyasi fəaliyyətdən kənar , istər iqtidar, istərsə də müxalifət olsun Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, qardaşlığı və inkişafı, soydaşlarımızın hüquqlarının müdafiəsi üçün çalışan bir qurumdur. Daha sonra 26 iyulda baş tutmayan Elat Bayramı və ona hazırlıqlarla bağlı Borçalı Cəmiyyəti İH-nin üzvü Rüfət Muradlı media mənsublarına açıqlama verib. 15 və 25 iyulda Kvemo Kartli qubernatoru Paata Xizanişvili ilə əldə edilən razılaşmaya toxunan R.Muradlı  bu razılaşmanın bayram günü Dmanisi rəhbərliyi tərəfindən pozulduğunu təəsüf hissi ilə qeyd edib və həmin tədbirin Elat Bayramı ilə əlaqəsinin olmamasına görə Cəmiyyət rəhbərliyinin bəyanat verərək Armudlu yaylasını tərk etmə səbəblərini KİV təmsilçilərinə açıqlayıb. Mətbuat konfransında KİV nümayəndəlırinı Armudlu yaylasında səsləndirilən bəyanatın videosu da göstərilib.Borçalı İC idarə heyətinin üzvü Qiymət Məhərrəmli Armudlu yaylasında baş verənlərlə bağlı media mənsublarına ətraflı açıqlama verdikdən sonra “Cəmiyyət” təmsilçiləri jurnalistlərin suallarını cavablandırıblar. Mətbuat konfransının sonunda media nümayəndələrinə Borçalı İctimai Cəmiyyəti İdarə Heyətinin 28 iyul tarixli fövqəladə iclasında Elat Bayramının baş tutmaması ilə bağlı qəbul olunmuş bəyanat oxunub. Bəyanatda deyilir:”Məlum olduğu kimi səkkiz ildir ki, iyul ayının 26-da Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında Borçalı İctimai Cəmiyyəti tərəfindən ELAT BAYRAMI keçirilir. Bu il də Borçalı Cəmiyyəti ənənəvi olaraq sayca 8-ci Elat Mədəniyyəti Gününü keçirməklə bağlı Gürcüstan hakimiyyəti ilə müzakirələr aparmış və sonucda bayram tədbirinin müştərək şəkildə keçirilməsi haqda razılığa gəlinmişdir. Bu haqda Cəmiyyət rəsmilərinin Kvemo Kartli qubernatoru ilə də apardıqları müzakirələrin sonucunda qərara alınmışdır ki, Bayram səhnəsinin arxasında ELAT BAYRAMI yazılan baner və Azərbaycan, Gürcüstan və Türkiyə bayraqları asılsın. Əldə edilən razılaşmaya əsasən tədbir başlamazdan öncə Borçalı Cəmiyyətinin Elat Bayramı üzrə Təşkilat Komitəsinin üzvləri üç ölkə bayraqlarını səhnənin üzərinə assalar da, Dmanisi rayon rəhbərliyi o bayraqları endirərək yerinə yalnız Gürcüstan bayraqlarını asmış, Elat Bayramı banerinin səhnınin arxasına vurulmasına da icazə verməmişlər. Mərasim məkanında aparılan növbəti müzakirələr isə sonuc vermədiyi üçün Borçalı Cəmiyyətinin yetkililəri bəyanat verərək bu bayramın Elat Bayramına hər hansı aidiyyatı olmadığını bildirmiş və mərasim məkanını tərk etmişlər. Borçalı İctimai Cəmiyyəti bəyan edir ki, bu hal Gürcüstan-Azərbaycan-Türkiyə dostluğuna qarşı törədilmiş, Borçalının qədim mədəniyyətini hədəf alan, milli diskriminasiyaya rəvac verən bir addımdır. “Cəmiyyət” olaraq soydaşlarımızın milli-mədəni haqlarının pozulması ilə müşayiət olunan bu addımı yerli hakimiyyətin məsuliyyətsiz, eqoist və kobud davranışı kimi dəyərləndirir və bu hərəkəti kəskin şəkildə qınayırıq. Eyni zamanda bildiririk ki, bu olay iki xalq arasındakı dostluğa xələl gətirə bilmək iqtidarında deyil. Amma bu hərəkət Dmanisi rayon rəhbərliyinin təkcə Borçalı mahalında yaşayan soydaşlarımıza deyil, eyni zamanda Elat deyib Türkiyədən, Güney Azərbaycanın Sulduz mahalından, Azərbaycan Respublikasından, Qazaxıstandan və digər ölkələrdən 8-ci Elat Bayramına qatılan çoxsaylı qonaqlara hörmətsizliyi kimi də dəyərləndirilməlidir.Borçalı Cəmiyyəti olaraq Gürcüstan hakimiyyətindən tələb edirik ki, üç ölkə arasında münasibətlərə kölgə salmağa çalışan bu hərəkətin arxasında duran amillərin aşkarlanıb üzə çıxarılması üçün lazım olan addımları atsın və xalqlarımızın dostluğuna mane olmağa cəhd göstərən qüvvələr cəzalandırılsın.Borçalı İctimai Cəmiyyəti bəyan edir ki, Cənubi Qafqazda sülh və barışın təcəssümü olan Borçalı Türklərinin Elat Bayramı qeyd şərtsiz olaraq davam etməlidir. Belə ki, bu bayramın təşəbbüskarı olan Borçalı Cəmiyyəti Gürcüstanın ərazi bütövlüyü prinsipinə daim sadiq olmuş, bundan sonra da öz fəaliyyətini bu prinsip üzərində və soydaşlarımızın hüquqlarının təmini istiqamətində quracaqdır. Çünki ” Cəmiyyət”in Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlərin dostluq və qardaşlıq telləri üzərində qurulması prinsipi dəyişməz və əvəzolunmazdır. Yaşasın Gürcüstan, Azərbaycan və Türkiyə qardaşlığı!”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler