Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Boksçularımız tarix yazdı

25 Haziran 2016

2:52 pm


25/06/2016 [18:51]: xeber –
Azərbaycanın daha bir boksçusu Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. sayt-ın Report-a istinadən məlumatına görə, buna Bakıda keçirilən boks üzrə Dünya Təsnifat Turniri çərçivəsində 75 kq-da çıxış edən təmsilçimiz Kamran Şahsuvarlı nail olub.Belə ki, azərbaycan boksçunun 1/4 finalda məğlub olduğu İrlandiya boksçusu Maykl Oreylinin türkmənistanlı rəqibi Açilovun görüşə çıxmaqdan imtina etməsi səbəbindən 75 kq çəki dərəcəsində final görüşü baş tutmayıb. Nəticədə Kamran Şahsuvarlı beşinci vəsiqənin sahibi olub.Bununla da Azərbaycanın kişilərdən ibarət boks üzrə yığma komandası tarixdə ilk dəfə olaraq olimpiadada tam heyətlə təmsil olunacaq. Bunadək ən yüksək nəticəmiz 12 il əvvəl Afina Yay Olimpiya Oyunlarında qeydə alınıb. Əlcək ustalarımız sözügedən yarışda 9 nəfərlə təmsil olunmuşdu. İndi isə Azərbaycan 10 çəki dərəcəsində təmsil olunacaq. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler