Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Bob Dilanın adını ona Nobel verildikden sonra eşitmişem”

15 Ekim 2016

11:44 am


15/10/2016 [15:41]: xeber –
İki gün öncə Ədəbiyyat üzrə Nobel
mükafatının builki qalibi məlum olub. Məşhur musiqiçi Bob Dilan ədəbiyyat üzrə Nobel mükafatını
qazanmaqla bütün dünyanı təəccübləndirib.

Tərcüməçi-yazar Nadir Qocabəyli  sayt saytına açıqlamasında bu qərara
görə Nobel Komitəsinin qınanmasını doğru hal hesab etməyib:

 “Mən Bob Dilan adlı adamın, şair və müğənninin adını ona Nobel verildikdən sonra eşitmişəm. Ona görə də, konkret nəsə deməyə çətinlik
çəkirəm. Əgər o doğrudan da gözəl, orijinal, yeni, bənzərsiz poetik mətnlər
yazıbsa, niyə də olmasın? Ancaq yenə də deyirəm, onun yaradıcılığı haqda məlumatlı
deyiləm. Qoy bu barədə ingilis dilinin bədii-potek imkanlarını mükəmməl bilənlər
və Bob Dilanın yaradıcılığına bələd olanlar danışsın. Bunlar olmadan nəsə demək,
məncə, qeyri-ciddidir. Mükafatın Nobelin imicinə zərbə olması məsələsinə gəldikdə
izə, məncə, belə bir ciddi qurum öz imicinin qayğısına bizdən az qalmaz. Kimsə
deyə bilər ki, filankəslər dura-dura niyə hansısa müğənniyə verilir? Ancaq mənə
elə gəlir ki, komitə üzvlərinin bununla bağlı məntiqli açıqlamaları olmalıdır.
Təəssüf ki, mənim onlardan xəbərim yoxdur”.

Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler