Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Bob Dilan Nobel mükafatını qebul etmek qerarına gelib

29 Ekim 2016

7:12 am


29/10/2016 [11:10]: xeber –
Amerikalı musiqiçi Bob Dilan İsveç Akademiyasına layiq görüldüyü ədəbiyyat üzrə Nobel mükafatını qəbul etmək qərarına gəldiyini bildirib. Bu barədə oktyabrın 28-də təşkilatın saytında məlumat yayılıb. Dilan İsveç akademiyasının katibi Sara Danius ilə əlaqə saxlayaraq, mükafat alması barədə xəbəri eşitdikdə nitqinin tutulduğunu bildirib.   “Mükafatı qəbul edəcəm? Əlbəttə! Bu şərəfə layiq görüldüyüm üçün minnətdaram”, – o, bəyan edib. Bununla yanaşı “The Telegraph” nəşrinə verdiyi müsahibədə musiqiçi, dekabrın 10-da Stoqholmda keçiriləcək mükafatların təqdimetmə mərasimində iştirak etməyi planlaşdırdığını da vurğulayıb. Müğənni daha öncə Nobel mükafatına layiq görülməsini şərh etməmişdi. Oktyabrın 21-də musiqiçinin saytından mükafat barədə məlumatın silindiyi bildirilir. Musiqiçi oktyabrın 13-də İsveç akademiyası tərəfindən “Amerika mahnı ənənələri çərçivəsində yeni poetik ifadənin yaradılmasına görə” adı altında Nobel mükafatına layiq görülüb. Daha sonra Komitə nümayəndələrinin Dilan ilə şəxsən əlaqə qura bilmədikləri barədə məlumat yayılmışdı. Belə ki, musiqiçi konsertdən öncə istirahət edirdi, Danius xəbəri musiqiçiyə onun nümayəndəsi vasitəsilə çatdırıb.  


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler