Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“BMT-nin Türkiyeye etirazı esassızdır”

27 Ağustos 2016

1:20 pm


27/08/2016 [17:18]: xeber –
Məlum olduğu kimi, Türkiyənin Suriyada həyata keçirdiyi anti-terror əməliyyatı
BMT tərəfindən etirazla qarşılanıb. Məlum əməliyyatı qanunsuz adlandıran BMT,
bunun beynəlxalq hüquqa zidd olduğunu vurğualyıb.

Maraqlıdır, həqiqətənmi Türkiyənin öz təhlükəsizliyini təmin etmək məqsədi
ilə gerçəkləşdirdiyi bu əməliyyat beynəlxalq hüquqla ziddiyyət təşkil edir?

Məsələ ilə bağlı sayt-a açıqlama verən millət vəkili Rövşən
Rzayev BMT-nin bu etirazının əbəs olduğunu qeyd etdi:

“BMT-nin Türkiyəyə yönəlik bu etirazı əsassızdır. Çünki öz təhlükəsizliyini
təmin etmək Türkiyənin ən təbii haqqıdır və bu gün Türkiyə bu haqdan istifadə
edərək Suriyada anti-terror əməliyyatları aparır. Öz təhlükəsizliyini təmin
etdiyinə görə Türkiyəni ittiham etmək doğru deyil.

Yaxşı olardı ki, BMT qəbul etdiyi, fəqət hələ də icra edilməyən qətnamələrin
icrasının qayğısına qalsın. Bu istiqamətdə əməli addımlar atsın. Bu, beynəlxalq
hüququn, ədalətin öz yerini tapması baxımından daha zəruridir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler